Bütün xəbərlər
24 iyun, 17:41

“Hazırda ölkənin təhsil sisteminin idarə edilməsi müəyyən mənada mərkəzləşdirilmiş şəkildədir və əsas qərarlar Elm və Təhsil Nazirliyi tərəfindən verilir. Nazirlik həm məktəbləri, həm də digər təhsil müəssisələrini birbaşa idarə edir. Lakin bu sistemin idarə edilməsinin tədricən qeyri-mərkəzləşdirilmiş formaya keçidi istiqamətində işlər aparılır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universiteti və Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransının açılış mərasimində səsləndirib.

O bildirib ki, nazirliyin tabeliyindəki agentliklər və regional idarələrə mərhələli şəkildə daha çox səlahiyyətin verilməsinə çalışılır. Bu dəyişikliklər uzunmüddətli və çətin  prosesdir: “Arzu olunan odur ki, sonda məktəb direktorlarına daha geniş səlahiyyətlər verə bilək. Onlar da bu səlahiyyətlərdən keyfiyyətli, səmərəli və şəffaf şəkildə istifadə etməlidirlər. Bunun üçün yerli səviyyədə ictimai nəzarətin olması mütləqdir”.

Nazir vurğulayıb ki, hazırkı sistemdə vətəndaşların şikayətləri birbaşa nazirliyə yönəldilir. Bu isə müraciətlərin operativ həllinə əngəl yaradır: “Bir vətəndaşın məktəblə bağlı şikayəti nazirliyə gəlir, bu tip şikayətləri bir-bir araşdırmaq üçün çox uzun vaxt tələb olunur. Belə davam edərsə, bəlkə də 12 ildən sonra digər məktəblərə çatmaq mümkün olar. Bəzən məktəb daxilində yaranan münaqişələrə görə nazirin qəbuluna müraciət edənlər olur. Bu hallarda tərəflərə ancaq tövsiyə və məsləhət vermək mümkündür. Əgər iki yetkin insan – direktor və valideyn və yaxud müəllim bir-biri ilə yola gedə bilmirsə, bu cür hallarda biz sadəcə yol göstərə bilərik. Bu tip məsələlərdə müstəqillik, və özünəinam kimi xüsusiyyətlər çox önəmlidir və bunlar məktəbdə formalaşmalıdır. İnanıram ki, gələcək nəsil daha fərqli düşüncə tərzi və mədəniyyətdə yetişəcək, bu da sistemin daha effektiv işləməsinə imkan yaradacaq”.

Şərhlər

Xəbər lenti

24 iyun, 18:18

Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

24 iyun, 18:14

İmtahanın dördüncü günü – Kimya-biologiya müəllimlərindən yüksək nəticə

24 iyun, 17:45

Hazırlıq və məsuliyyət uğurun əsas şərtləridir” – Maksimum bal toplayan müəllim

24 iyun, 17:42

Nazir: Bizdə müəllimlik yarımştat işdir, bunu dəyişməyə çalışırıq

24 iyun, 17:28

“Sertifikatlaşdırma ailə büdcəmizə də müsbət təsir göstərəcək” – Naxçıvanda imtahandan uğurla keçənlər 

24 iyun, 17:23

“Xüsusi təhsilə yanaşma çox köhnədir” – Nazir

24 iyun, 17:23

Nazir: Məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var

24 iyun, 16:58

60 bal topladı – Region birincisi oldu

24 iyun, 16:45

“Uğur çalışana qismət olur” – İmtahanda 60 bal toplayan müəllim

24 iyun, 16:45

“İmtahanın daha çətin olacağını düşünürdüm” – Sertifikatlaşdırmadan keçənlərin təəssüratları

24 iyun, 16:41

Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik

24 iyun, 16:33

AzTU-da “Məzun günü-2025” tədbiri keçirilib

24 iyun, 16:16

Region birincisi: Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir

24 iyun, 16:11

Kənd məktəbinin müəllimi Naxçıvan üzrə birinci oldu

24 iyun, 16:09

AzMİU-da dünya alimləri inşaatın müasir problemlərini müzakirə etdilər

24 iyun, 16:02

Uğurun sevincini yaşayanlar – sertifikasiya davam edir

24 iyun, 15:51

Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 iyun, 15:16

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.