Bütün xəbərlər
15 iyul, 14:42

Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” tərəfindən 2026-cı il üçün dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi elan olunub. Sözügedən reytinq xarici tələbələr üçün yaşamaq və təhsil almaq üzrə dünyanın ən yaxşı şəhərlərinin siyahısını müəyyən edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, ümumilikdə 58 ölkədən 150 şəhərin daxil olduğu 2026-cı ilin reytinqində Bakı şəhəri 117-ci mövqedə təmsil olunur. Sözügedən reytinqin 2023-cü il buraxılışında Bakı şəhəri 126-cı mövqedə yer alıb, 2024 və 2025-ci illərin buraxılışında isə reytinqdə təmsil olunmayıb.

Bildirilib ki, Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqi”ndə təmsil olunan yeganə ölkədir. Mərkəzi Asiya regionu ilə müqayisədə isə Qazaxıstanın Almata şəhərindən sonra (91-ci mövqe) Bakı şəhəri 2-ci sıradadır. Belə ki, müvafiq region üzrə reytinqə daxil olan Astana şəhəri (Qazaxıstan) 127-ci, Bişkek şəhəri (Qırğızıstan) isə 138-ci mövqedə yer alıb.

Qiymətləndirmə zamanı şəhərin arzuolunanlığı (ətraf mühit və təhlükəsizlik), əlverişliliyi (təhsil haqları və ümumi yaşayış xərcləri), tələbələrin şəhərin əhalisi üzrə payı, tolerantlıq və inklüzivliyə görə şəhərin nüfuzu, məşğulluq imkanları, “QS dünya universitetlərinin reytinqi”ndə şəhər üzrə təmsil olunan universitetlərin sayı, o cümlədən şəhərdə yaşayıb təhsil almış tələbələrin fikirləri kimi meyarlar təhlil olunur.

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.