
10 iyul 2025-ci ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən Elektronika üzrə milli yarış uğurla başa çatıb.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, yarış 16–21 yaş aralığında olan gənclər arasında keçirilib.
İştirakçılar elektron dövrələrin layihələndirilməsi, quraşdırılmış sistemlərin proqramlaşdırılması, ölçmə əməliyyatlarının icrası, həmçinin lehimləmə və montaj sahələri üzrə bacarıq və biliklərini nümayiş etdiriblər. Ümumilikdə 20 iştirakçı yarışda öz gücünü sınayıb.
Yarış nəticələrinə əsasən Mustafayev Orxan I yerə, Mürşüdlü Fərid II yerə, Axundov Rüstəm III yerə layiq görülüb. Qalib iştirakçı peşəkar bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Çində keçiriləcək xüsusi təlim proqramında iştirak edəcək. Qalib şəxsin adı 2026-cı ildə Çində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil ediləcək.
Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır. Bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər