
Məlum olduğu kimi, 14 – 16 iyul 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, 15 iyulda ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi aparılıb.
Müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri – məktəb direktorları, müəllimlər, təhsil qurumları və müəssisələrinin təmsilçiləri iştirak edirlər.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələri haqqında geniş təqdimatla çıxış edib. M.Abbaszadə 9-cu və 11-ci sinif buraxılış imtahanı fənləri üzrə nisbi ballar, xarici dillər və dövlət dili kimi Azərbaycan dili fənni üzrə imtahan nəticələri, açıq tipli test tapşırıqlarının yoxlanılması haqqında statistika, fənlər üzrə informasiya əyrisi və şagirdlərin qabiliyyət səviyyələrinə görə paylanması, şagirdlərin müxtəlif tipli test tapşırqları üzrə əldə etdikləri nəticələr arasındakı əlaqə və s. haqqında geniş məlumat verib.
Ardınca iştirakçılar nəticələrin müzakirəsini həyata keçirib və sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarına aydınlıq gətirilib, təkliflər dinlənilib.
Qeyd edək ki, müzakirələr iyulun 16-da magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin təhlilləri ilə davam etdiriləcək.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər