
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşəbbüsü və təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və “SABAH.HUB” İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Texnologiyaların transferi” proqramının nəticələri açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, proqramın məqsədi ali təhsil və elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ixtiraçı, tədqiqatçı və innovatorların ideya, konsepsiya və hüquqi cəhətdən qorunan texnologiyalarını funksional həllərə və yüksək kommersiyalaşdırma potensialına malik məhsullara çevrilməsi prosesinə dəstək verməkdir.
Layihə çərçivəsində ümumilikdə 76 müraciət qəbul olunub. Texniki ekspertiza mərhələsini uğurla keçən 17 layihə növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə müstəqil ekspertlərlə müsahibələr təşkil olunub və layihələr elmi əsaslandırma, texnologiyanın tətbiqi mümkünlüyü, mövcud həllərlə müqayisədə innovativliyi, sənayenin real problemlərini həll etmə qabiliyyəti və bazarda mövcud həllərlə müqayisədə üstünlükləri kimi meyarlar üzrə dəyərləndirilib.
Qiymətləndirmə nəticəsində 5 layihə qalib elan olunub. Qalib komandalar texnoloji həllərinin kommersiyalaşdırılması üçün zəruri dəstək və məsləhət xidmətləri ilə təmin olunacaqlar. “Texnologiyaların transferi” proqramı yerli tədqiqatçılar və startaplar üçün innovasiyaların bazara çıxarılması istiqamətində mühüm platforma olaraq çıxış edir və ölkədə elm tutumlu iqtisadiyyatın formalaşmasına töhfə verməyi hədəfləyir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər