Bütün xəbərlər
3 sentyabr, 13:54

ICPC 2025 dünya finalı çərçivəsində Bakı Konqres Mərkəzində “Bebras” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
 
Mərasimdə müxtəlif yaş qruplarından olan şagirdlər, müəllimlər, valideynlər, təhsil ictimaiyyətinin nümayəndələri və təşkilatçı qurumların təmsilçiləri iştirak ediblər. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir həmçinin gələcəkdə informatika və proqramlaşdırma sahəsində uğur qazana biləcək gənclərin təşviqi baxımından xüsusi önəm kəsb edib.

2023-cü ildə “Bebras” müsabiqəsində 17 mindən çox şagird iştirak edib, onlardan 600-dən çoxu yarımfinala, 100-ə yaxını isə final mərhələsinə yüksəlib.

Bu gün birinci və onuncu sinif şagirdləri olmaqla hər sinif üzrə birinci, ikinci və üçüncü yerlərin qalibi olan şagirdlər mükafatlandırılıb.

Məktəblilər arasında “Bebras” Beynəlxalq İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Adil Əliyev “Azərbaycan müəllimi”nə açıqlamasında qeyd edib ki, “Bebras” müsabiqəsi Azərbaycanda ilk dəfə 2012-ci ildə fəaliyyətə başlayıb.
Adil Əliyev bildirib ki, “Bebras” müsabiqəsi alqoritmik təfəkkürün inkişafına yönəlib və digər olimpiadalardan fərqli olaraq burada proqramlaşdırma biliyi tələb olunmur:

“Biz istəyirik ki, proqramlaşdırmanı hələ bilməyən, lakin bu sahədə potensialı olan, məntiqi və alqoritmik düşüncəsi güclü şagirdlər bu müsabiqədə iştirak etsin. Onlar gələcəkdə IOI və ICPC kimi beynəlxalq yarışların da potensial iştirakçıları ola bilərlər”.

O bildirib ki, yarışların keçirilməsində müəyyən fasilələr olub və 2017-ci ildən etibarən müsabiqənin keçirilməsi bərpa olunub. Minlərlə şagird bu müsabiqədə iştirak edib və bu, Azərbaycan üçün mühüm bir nailiyyətdir. Bu prosesdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, həmçinin Təhsil İnstitutunun mühüm rolu olub:

“Biz bu işi könüllülər komandası ilə birlikdə həyata keçiririk. Çətinliklərimiz əsasən maliyyə ilə bağlıdır, amma bu məsələlərin də öhdəsindən gəlməyə çalışırıq. Büdcənin formalaşmasında universitetlər və müxtəlif tərəfdaş qurumların dəstəyi olur. Əsas məqsədimiz potensiallı şagirdləri üzə çıxarmaq və onlara motivasiya verməkdir”.

Adil Əliyev qeyd edib ki, şagirdlər 45 dəqiqə ərzində yaş qruplarına uyğun olaraq 12-15 sual cavablandırıblar. Bu suallar interaktiv olsa da, alqoritmləşdirmə, məlumat strukturları və kompüter elmlərinin əsas bölmələrinə əsaslanır.

Qeyd edək ki, “Bebras” müsabiqəsi hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və gənclərin texnoloji sahəyə marağını artırmaqla yanaşı, onları daha böyük elmi platformalara yönəltmək baxımından mühüm rol oynayır.

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:09

“Universitetlər dəyişikliklərin lokomotivi ola bilər” – Qərib Mürşüdov

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.