Bütün xəbərlər
3 sentyabr, 17:20

Sentyabrın 3-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüş keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bilik yarışında böyük nailiyyətlər qazanan gəncləri səmimi-qəlbdən salamlayıb, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 2025-ci ilin Naxçıvan təhsili üçün ən uğurlu illərdən biri olduğunu vurğulayıb.

Naxçıvan məktəblilərinin ötən il əldə etdiyi yüksək nəticələrdən bəhs edən nazir diqqətə çatdırıb ki, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əliyeva ABŞ və digər ölkələrin universitetlərinə qəbul üçün keçirilən beynəlxalq SAT imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub.

Həmçinin Naxçıvan Qızlar Liseyinin şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35 min namizəd arasından seçilərək beynəlxalq “FLEX” proqramına qəbul olunaraq ABŞ-də təhsil almaq imkanı qazanıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov isə “TECNEST” təqaüdünə və “Cisco” beynəlxalq sertifikatına layiq görülüb.

Tədbirdə çıxış edən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimlinin anası Səfurə Hüseynova övladlarının əldə etdiyi nailiyyətlərin ölkə başçısının təhsilə göstərdiyi diqqət və gənclərimizə yaratdığı imkanların bariz nəticəsi olduğunu deyib, yaradılan şəraitə görə ölkə başçısına bütün valideynlər adından minnətdarlığını bildirib.

Ali məktəblərə keçirilən qəbul imtahanlarında 690 bal toplayaraq MR birincisi olan Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfərova əmin edib ki, ölkəmizin inkişafına töhfə verən savadlı, bacarıqlı, əzmkar və vətənpərvər gənclər olacaqlar. 

Tədbirdə builki qəbul imtahanlarında 500-700 bal toplayan məzunlar mükafatlandırılıb.

Daha sonra tədbirdə iştirak edən məzunlarla xatirə fotosu çəkilib.

1 /7

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:54

“Bebras” müqabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

3 sentyabr, 13:09

“Universitetlər dəyişikliklərin lokomotivi ola bilər” – Qərib Mürşüdov

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.