Bütün xəbərlər
3 sentyabr, 17:15

“2024-2025-ci tədris ili Naxçıvan təhsili üçün ən uğurlu illərdən biri olub. Belə ki, 2024-2025-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 500-700 intervalında nəticə göstərən, həmçinin fərqlənmə attestatına layiq görülən məzunların sayı son 30 ilin ən yüksək göstəricisi olub”. 

“Azərbaycan müəllim” xəbər verir ki, bu sözləri ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib. 

O bildirib ki, cari tədris ilində Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərini 3956 məzun bitirib. Onların 2080 nəfəri oğlan, 1876-sı isə qızdır: “Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 2 şagird 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında ötən illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, 200-249 bal intervalında nəticə göstərən şagirdlərin sayı ötən ilə nisbətən 25% artaraq 368 şagirddən 460-a, 250-300 bal intervalında isə 29% artım olmaqla 146 şagirddən 188-ə yüksəlib. Ümumilikdə, 200-300 bal aralığında nəticə göstərən şagirdlərin sayı 648 nəfər olub ki, bu da ötən illə müqayisədə 26% artım deməkdir. 

Həmçinin Naxçıvanda 2024-2025-ci tədris ili üzrə fərqlənmə attestatına layiq görülən məzunların sayı son 30 ilin nəticələrinə əsasən ən yüksək səviyyədə olub. Belə ki, 2024-2025-ci tədris ilində IX sinifləri 196, XI sinifləri isə 277 məzun fərqlənmə attestatı ilə bitirib. 4 məzunumuz qızıl gümüş nişana layiq görülüb. 

Məzunlarımızın 3565-i, yəni 94%-i ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, onlardan 1857-si I seçim turunda tələbə adını qazanıb. Məzunlardan 380-i 500-700 intervalında bal toplayıb. 

I seçim turunda tələbə adını qazananların sayı ötən illə müqayisədə 104 nəfər çox olub”

Nazir bildirib ki, Naxçıvanda 500-700 intervalında bal toplayan məzunların sayı ötən tədris ili ilə müqayisədə 16% artıb: "Həmçinin 500-700 intervalında nəticə göstərən məzunların sayı son 30 ilin ən yüsək göstəricisi olub. Onu da qeyd edim ki, məzunlar tərəfindən son dəfə ən yüsək nəticə 2013-2014-ci tədris ilində göstərilib. Belə ki, həmin tədris ilində 347 məzun 500-700 intervalında bal toplayıb.
Bu il həmçinin ilk dəfə olaraq Naxçıvan Dövlət Universtitetinin gimnaziyasını 36 nəfər məzun  bitirib ki, onlardan 16-sı 500-700 intervalında bal toplayıb". 

Elxan Nəcəfov əlavə edib ki, bu il ali məktəblərə qəbul olan məzunların 1069-u Naxçıvan Dövlət Universitetinə, 122-si Naxçıvan Müəllimlər İnstitutuna, 58-i Bakı Dövlət Universitetinə, 26-sı Qarabağ Univeristetinə, 11-i Bakı Ali Neft Məktəbinə, 10-u ADA Universitetinə, qalanları isə ölkənin digər nüfuzlu universitetlərinə qəbul olub: “Məzunların yüksək nəticə əldə etməsinə imkan yaradan səbəblərdən biri də “Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün yaradılan Monitorinq Mərkəzi olub. Belə ki, tədris ili ərzində IX-XI siniflər üçün buraxılş və blok imtahanı formatına uyğun 7 monitorinq təşkil olunub. Blok imtahanları üzrə monitorinq qiymətləndirmənin biri isə Naxçıvan Dövlət Universiteti ilə bağlanılmış Əməkdaşlıq Memorandumu çərçivəsində icra edilib. Ümumilikdə monitorinqlərdə 30 minə yaxın şagirdin iştirakının təmin olunması, şagirdlərimizdə imtahan vərdişi və qiymətləndirmə vasitələrinin cavablandırılması üçün bacarıqların formalaşmasına müsbət təsir edib.
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən IV və VI sinif şagirdləri üçün keçirilən monitorinqdə Naxçıvanın ümumtəhsil müəssisələrindən 10 minə yaxın şagirdin  iştirakı təmin olunub”. 

Nazir əlavə edib ki, Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak ediblər:

“Həmçinin Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olub: “Dövlət İmtahan Mərkəzinin ötən tədris ili ilə bağlı açıqladığı hesabata əsasən, Naxçıvan şəhəri və Şahbuz rayonunun məzunları buraxılış və qəbul imtahanlarındakı yüksək nəticələrinə görə ölkə üzrə ilk beşlikdə yer alıblar”.

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:54

“Bebras” müqabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

3 sentyabr, 13:09

“Universitetlər dəyişikliklərin lokomotivi ola bilər” – Qərib Mürşüdov

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.