
11-19 iyun 2025-ci il tarixlərində boks idman növü üzrə respublika birinciliyi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, respublika birinciliyi “Təhsil” Respublika İdman Mərkəzi və Azərbaycan Boks Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Yeniyetmə və kadetlər arasında təşkil olunan yarışda 282 idmançı mübarizə aparıb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndiririlib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə elm və təhsil nazirinin müşaviri, “Təhsil” Respublika İdman Mərkəzi”nin direktoru Rüstəm Ağayev, Azərbaycan Boks Federasiyasının prezidentinin müşaviri Samir Hüseynov, dünya və olimpiya mükafatçıları iştirak ediblər.
Qalib olan idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif olunublar.
1 /19
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər