Bütün xəbərlər
20 iyun, 13:54

ADA Universitetinin “Məzun günü” keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu il ADA-dan 800-ə yaxın tələbə bakalavriat və magistratura proqramlarını bitirərək məzun olub. Təntənəli mərasimə valideynlər, professor-müəllim heyəti, dövlət və özəl qurumlarının nümayəndələri qatılıb və məzunların sevincini bölüşüblər.

Tədbir ADA-nın beynəlmiləl ruhunu əks etdirən bayraq keçidi ilə başlayıb, əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqları ilə səhnəyə çıxıblar. Ardınca Dövlət Himni səsləndirilib.

Tələbələr Aylin İsmayılova və Rəvan Həsən tədbirə aparıcılıq ediblər.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında tələbələrin əldə etdiyi nailiyyətlərdən danışaraq bu il ilk məzunları olan maliyyə, riyaziyyat, rəqəmsal media və kommunikasiya, qlobal menecment və siyasət və Azərbaycan dilində tədris olunan dövlət idarəetməsi ixtisaslarını xüsusi qeyd edib. Prorektor ADA Universitetində bu tədris ilində ilk dəfə doktorantura pilləsinə tələbə qəbulunun elan olunduğunu bildirib.

Tədbirin xüsusi qonağı qismində ədliyyə naziri Fərid Əhmədov çıxış edərək məzunlara uğurlar arzulayıb. Onların cəmiyyətimizə töhfə verəcəklərinə əminliyini vurğulayaraq bu yolda onlara dəstək verənləri unutmamağı məsləhət görüb. Nazir həmçinin universitetdə məzunların biliklərlə yanaşı, qazandıqları dəyərlərin önəmindən bəhs edib.

Ardınca yüksək akademik nailiyyətləri ilə fərqlənən iki məzun tələbə heyəti adından çıxış edib. “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr məzunu Aylan Məmmədli və “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə magistr məzunu Ayşət Seyidova öz çıxışlarında ADA-da keçirdikləri yaddaqalan anları bölüşüblər.

Sonda ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək ADA Universitetinin əsas missiyasını bir daha xatırladıb. O, milli dəyərlərinə sadiq, eyni zamanda, dünyaya açıq vətəndaşlar yetişdirməyin vacibliyini vurğulayıb. Məzunlara ünvanladığı səmimi tövsiyəsində isə onları ADA-dan kənarda da “ADA-lı” olaraq qalmağa, bu kimliyi layiqincə daşımağa, burada öyrəndiklərini daim vətənimizə xidmət üçün istifadə etməyə çağırıb.

Rektor, eyni zamanda, universitetin gələcək planları barədə danışıb. O bildirib ki, qarşıdakı illərdə ADA daha da genişlənəcək, tələbələr üçün yeni ixtisaslar açılacaq və müasir tədris binaları istifadəyə veriləcək. Çıxışının sonunda isə o, İtaliya-Azərbaycan Universitetinin ilk magistr məzunlarını xüsusi olaraq qeyd edib.

Ümumilikdə 2024–2025-ci tədris ili üzrə ADA Universitetindən 509 bakalavr və 275 magistr olmaqla, 784 tələbə məzun olub. Bakalavriat və magistratura səviyyələrində 23 ixtisasdan məzun olan tələbələrin 732-si yerli, 52-si isə əcnəbidir. Əcnəbi məzunlar ABŞ, Gürcüstan, Efiopiya, Esvatini, İran, Konqo, Livan, Latviya, Meksika, Mərkəzi Afrika Respublikası, Mozambik, Nigeriya, Özbəkistan, Qana, Qazaxıstan, Pakistan, Rusiya Federasiyası, Slovakiya, Sudan, Tacikistan, Ukrayna, Yəmən, Zambiya, Zimbabve kimi ölkələri təmsil edirlər.

1 /11

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.