Bütün xəbərlər
20 iyun, 14:43

Azərbaycan yay fəslinə 21 iyun 06:42-də daxil olacaq.

Bu barədə “Azərbaycan müəllimi”nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Yay günəşduruşu günü Yerin şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Bu gün şimal yarımkürəsində astronomik yayın, cənub yarımkürəsində isə astronomik qışın başlanğıcıdır. Şimal yarımkürəsində ən uzun gündüzlər, cənub yarımkürəsində isə ən uzun gecə yaşanır.

Günəşin zahiri illik hərəkəti Yerin Günəş ətrafında hərəkətinin təzahürüdür. Bir il ərzində Günəşin səmada cızdığı yola ekliptika deyilir. Ekliptika 12 bürcdən keçir ki, həmin bürclər də zodiak bürcləri adlanır. Ekliptika müstəvisi ekvator müstəvisi ilə 23°26’ bucaq əmələ gətirir. Yeni Yerin orbiti Günəşin müstəvisinə 23°26’ meyillidir. Ümumilikdə bu meyillilik isə ekvatordan başlayaraq qütblərə doğru müxtəlif coğrafi enliklərdə gecə və gündüzün uzunluğunun il boyunca dəyişməsinə səbəb olur. 

Ekvatorda (0°) gecə və gündüzün uzunluğu il boyu dəyişməyib 12 saat olur. Şimal tropikində isə (23°26’) yay günəşduruşu günü Günəşin meyli məhəllin coğrafi enliyinə bərabər olduğu üçün günorta Günəş zenitdən keçir. Günəş il ərzində hər gün doğur və batır. Gecə və gündüzün uzunluğu dəyişir. Şimal qütb dairəsində (66°34') günəş batmır və 24 saat gündüz olur və daha yuxarı coğrafi enliklərdə bu 6 ayadək, yəni qış günəşduruşunadək davam edir. Cənub yarımkürəsində isə bütün bunların əksi baş verir. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüzün maksimal uzunluğu  15s 03d 24san və Günəşin üfüqdən hündürlüyü isə 73° olur.

1 /2

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.