Bütün xəbərlər
20 iyun, 13:26

Hələ III sinifdə oxuyur, ancaq baş qoşmadığı məşğuliyyət qalmayıb. Bir yandan bacarıqlara yiyələnir, bir yandan dərslərini oxuyur. 

Adı Mirel Mustafazadədir. Dünən Dubaydan qayıdıb. O, Birləşmiş Ərəb Əmirliklərinin bu məşhur şəhərində keçirilən və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, FISO - “Future Intelligence Students Olympiad” olimpiadasına qatılıb və iştirak etdiyi ingilis dili fənni üzrə qızıl medal qazanıb. 

İngilis və rus dillərini bilir, fransız dilini öyrənir, planında mandarin dili də var 

Valideynlərinə Dubaya yola düşməzdən öncə söz verib ki, Vətənə qızıl medalla qayıdacaq. Verdiyi sözə nəinki əməl edib, hətta öz kateqoriyası üzrə ən yaxşı nəticələrdən birini göstərdiyinə görə ona qızıl medaldan əlavə, “Brilyant mükafat” (“Diamond Award”) da təqdim olunub.

Qeyd edək ki, Mirel ingilis dili ilə yanaşı, rus dilində də sərbəst danışır. Mandarin dilini də öyrənməyi qarşısına məqsəd qoyub: “Azərbaycan dili ana dilimdir, onu bilmək hər birimizin borcudur. Rus və ingilis dilləri ilə yanaşı, fransız dilini də öyrənirəm, bundan sonra da mandarin dilini öyrənməyə başlayacağam. Çin haqqında bir məqalə oxumuşdum. Ondan sonra bu barədə düşünürəm. Qərar vermişəm ki, bu dili də mütləq öyrənəcəyəm”.

“Eyni vaxtda rəsm, musiqi, üzgüçülük və gimnastika ilə məşğul oluram”

Mirel 2016-cı il təvəllüdlüdür. Sanki böyüyübmüş kimi, deyir hələ balacalığından oxumağa və öyrənməyə böyük həvəs göstərir: “Mən hər şeylə maraqlanıram. Atamla anam maraqlandığım hər yerə aparır, dərnəklərə yazdırırlar. Eyni vaxtda rəsm, musiqi, üzgüçülük və gimnastika ilə məşğul oluram”. 

Qızlar arasında şahmat birincisidir

Bunlarla yanaşı, şahmatda da nailiyyətləri var. Belə ki, Bakıda keçirilən dərəcə turnirində şahmat üzrə 4-cü dərəcəyə yiyələnib və qızlar arasında şahmat birincisi olub. Sadəcə Bakıda yox, Moskvada da şahmat üzrə beynəlxalq turnirə qatılıb.

Yaxşı pianoçudur, "Opera tarixi" konsertində uğurla iştirak edib

Xalq artisti Fidan Hacıyevanın vokal musiqi məktəbində piano dərslərinə gedən Mirel İkinci Beynəlxalq Opera Festivalı çərçivəsində keçirilən "Opera tarixi" konsertində uğurla iştirak edib.

“Ən böyük arzularından biri evdə şəxsi kitabxanasının olmasıdır”

Mirelin dediyinə görə, o, çoxlu kitab oxuyur: “Ən çox sevdiyim əsər isə J.K.Roulinqin dünyaca məşhur “Harry Potter” seriyasıdır”.

Bu əsərin bütün seriyalarını tamamlayıb. Ümumiyyətlə, yaşının az olmasına baxmayaraq, Mirel bu günədək ümumilikdə 40-a yaxın bədii kitab bitirib. Ən böyük arzularından biri evdə şəxsi kitabxanasının olmasıdır. 

Mirelin arzuları çox, xəyalları rəngarəngdir. Rəngli dünyasına hər gün bir rəng qarışır. Çünki bacarıqlarını artırmaqdan, qabiliyyətlərini inkişaf etdirməkdən yorulmur. 

Onun gələcəklə bağlı ən böyük arzusu isə elmlə məşğul olmaqdır.

Hələlik isə IV sinfə hazırlaşır. Bu yayla bağlı çoxlu planları var: “Çoxlu kitablar oxuyacağam, yeni bacarıqlar əldə edəcəyəm və istirahət edəcəyəm”.

1 /3

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.