
“Bu il müəllimlərin sertifikatlaşdırılması prosesində 19 minə yaxın müəllim iştirak edəcək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, imtahanlardan əvvəl “Microsot Teams” platforması üzərində müəlllimlər üçün sınaq mərhələsi keçirilib: “Sınaq imtahanlarında 10 minə yaxın müəllim iştirak edib, 150 müəllim isə müasir metodiki xidmət layihəsinə cəlb olunub”.
O qeyd edib ki, bu günə qədər 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib: “Müəllimlərin sertifikatlaşdırılması prosesində pedaqoji təcrübəsi 5 ildən az müddətdə olan müəllimlər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və sonra ən azı 1 il işləməyən qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan azaddırlar”.
MÜTDA rəsmisi qeyd edib ki, bu il müəllimlərin sertifikatlaşdırılması imtahanları üçün ümumilikdə 19 şəhər və rayonda 44 imtahan mərkəzi yaradılıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər