Bütün xəbərlər
7 may, 10:20

2024/2025-ci tədris ilində 17 948 tələbə ilə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Müqavilələrdən 12 118-ı, yəni 67.52 faizi bakalavriat səviyyəsi üzrə, 4474-ü, 24.93 faizi magistratura səviyyəsi üzrə, 1262-si, yəni 7.03 faizi orta ixtisas təhsili səviyyəsi üzrə, 58-i, yəni 0.32 faizi, yüksək texniki peşə təhsili səviyyəsi üzrə, 36-sı, yəni 0.2 faizi texniki peşə təhsili səviyyəsi üzrə imzalanıb. 

Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Təhsil Tələbə Kredit Fondundan məlumat verilib. Bildirilib ki, cari tədris ilinin payız və yaz semestrləri üzrə bu günədək TTKF-yə məxsus elektron portala ümumilikdə 21 947 müraciət daxil olub. 

Rəsmiləşdirilən 17948 təhsil tələbə krediti müqaviləsindən 11 720-si, yəni 65.30 faizi standart növ təhsil tələbə krediti, 6228-i, yəni 34.70 faizi sosial növ təhsil tələbə kreditidir.

Fonddan bildirilib ki, ümumiyyətlə fəaliyyət dövründə elektron portala daxil olan 68 462 müraciətdən 54 694-ü üzrə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Müqavilələrin 35 769 (65.40 faizi) standard, 18 925 (34.60 faizi) isə sosial növ təhsil tələbə krediti olub.

Qeyd edək ki, hal-hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü aktiv şəkildə davam edir və qəbul prosesi semestrin sonunadək davam edəcək.

Xatırladaq ki, təhsil tələbə kreditləri Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani  və ödənişli əsaslarla təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.

Şərhlər

Xəbər lenti

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.