Bütün xəbərlər
17 iyun, 14:00

Babək rayonundakı S.Nadirli adına Zeynəddin kənd tam orta məktəbi Zəngəzur dağlarının ətəyində yerləşən və 1970-ci illərdən fəaliyyət göstərən bir təhsil ocağıdır. Bu məktəb son illərdə tələbə qəbulu göstəricilərinə görə xüsusi fərqlənən təhsil müəssisələrindəndir. Bura Dövlət İmtahan Mərkəzinin 2024-2025-ci tədris ili üzrə qəbulun nəticələrinə dair nəşr etdiyi “Abituriyent 12” jurnalında da Naxçıvanın ən yaxşı məktəbləri arasında yer alıb.

Məlumat üçün bildirək ki, son illərə qədər internat tipli məktəb olan bu təhsil müəssisəsi əvvəl 9 illik olduğundan şagirdləri 10-11-ci sinifləri Kərimbəyli kəndində oxuyurdular. 

Məktəb 2009-cu ildə yenidən tikilib. 600 yerlik məktəbdə 404 şagird təhsil alır, burada məktəblilərin təlim- tərbiyəsi və təhsili ilə 42 müəllim məşğul olur. Təhsil ocağında 34 sinif otağı, hərbi, kimya-biologiya və kompüter kabinetləri, kitabxana, idman zalı fəaliyyət göstərir.

“Təqaüdə olan müəllimlər təcrübələrini gənclərlər bölüşürlər”

Direktor Əbdüləli Mirzəyevin 26 illik pedoqoji stajı olsa da, məktəbə rəhbərliyi çox yenidir. Deyir ki, keçən il özünəməxsus təhsil ənənəsi olan məktəbin 7 şagirdinə fərqlənmə attestatı verilib, 15 məzun müxtəlif ali təhsil ocaqlarına daxil olub. Bu il də 2 nəfərə fərqlənmə attestatı veriləcək. Məktəbin builki 23 nəfər 11-ci sinif məzununun 4-ü buraxılış imtahanında yüksək nəticə göstərib. 

Əbdüləli Mirzəyev bunu da əlavə edir ki,  məktəbin təqaüdə olan müəllimləri ilə görüşlər keçirilir, onlar xatirə və təcrübələrini gənc həmkarlafı ilə  bölüşürlər: “Gənc müəllimlər daim öz üzərlərində işləyir və tez-tez açıq, nümunəvi dərslər keçirirlər”. 

“100 faiz nəticə göstərən şagirdlərim var”

Məktəbin gənc müəllimlərdən biri Nərgiz Qənbərlidir. O, ali təhsilini bitirəndən, yəni 8 ildir ki, bu məktəbdə riyaziyyat-informatika müəllimi işləyir. Daha çox yuxarı sinif şagirdlərinə dərs deyən müəllim bildirir ki, onlarla işləmək o qədər də çətin deyil: “Şagirdlərin diqqətini dərsə cəlb eləmək üçün oyun üsullarından istifadə edirəm. Uşaqlara mehriban, dost kimi yanaşıram, çalışdığım qədər dərsə yönəldirəm. Riyaziyyat dərsində şagird tez yorulduğu üçün bəzən onları bir az sərbəst buraxıram. Mən təzə gələndə bəzi müəllimlər mənim üsulumu qəbul etmirdilər, amma zamanla gördülər ki, əsl keyfiyyətli təhsil bu üsulla alınır, nəticə olur. İmtahanlarda riyaziyyatdan 100 faiz nəticə göstərən şagirdlərim var”. 

Açıq dərsləri metod, oyun və karikatura ilə keçirdiyini deyir. Bildirir ki, psixologiyalarını öyrəndiyindən şagirdlərin hər birinə ayrı-ayrı metodla yanaşır. 

“Şagirdlərimin çoxu ingilis dilində özlərini ifadə edə bilir”

Gənc müəllimin təcrübəsini öyrəndikdən sonra burada illərlə dərs keçən müəllimlərlə də söhbətləşirik. Onlardan biri 2013-cü ildə “İlin müəllimi” seçilən Vəfa Hacıyevadır.  Alman və ingilis dili fənnini tədris edən müəllim 36 ildir ki,  burada çalışır: “Şagirdlərimin arasında Polşada tərcüməçi işləyən də var, qızımın da müəllimi özüm olmuşam. Müəllim ilk növbədə şagirdin dilini açmalıdır. Bunun üçün sadə suallar verərək onlarla ingilis dilində danışıram. İndi şagirdlər daha aktivdirlər, biz müəllimlər sadəcə istiqamət veririk. Hamısı olmasa da, çoxu ingilis dilində özlərini ifadə edə bilir. Buraxılış imtahanlarında xarici dil kimi alman dilini seçən məzunlarımız da olub. Beş-altı il əvvəl  9 məzunumuz alman dili üzrə ixtisaslara qəbul olub”. 

Pilot, həkim, polis....

8 “b” sinfində oxuyan Ruqayə Pənahovanın riyaziyyata marağı çoxdur. Ən çox sinif rəhbərini, sonra da Azərbaycan  dili və ədəbiyyat, ingilis dili müəllimlərini çox istədiyini deyir. Deyir ki, həmin müəllimlər həm çox səmimidirlər, həm də yaxşı dərs keçirlər. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edən qızımız gələcəkdə pilot olmaq istəyir.

Qeyd etdiyimiz kimi, bu il 11-ci sinif məzunlarının 4-ü - Aylin Axundzadə, Şəfa Salayeva, Nurtən Məmmədova, Miqdad Quliyev buraxılış imtahanında yuüksək bal toplayıblar. Hər birinin öz xəyalı, arzusu var. Nurtən həkim olmaq istəyir. Bacısı Nəzrin də bu məktəbi bitirib və hazırda tibb üzrə təhsil alır. Deyir ki, ailələrindəki bu ənənəni davam etdirmək niyyətindədir.  Miqdad isə polis olmaq arzusundadır. Bunun üşün gecə-gündüz imtahanlara hazırlaşır. Deyir ki, özünü polis kimi təsəvvür edir, bu da ona güc verir. 

“Bəzən müəllimlər gəlib deyir ki, filan kitabı verin oxuyum, şagirdlər çox tərifləyirdi”

 Məktəbin kitabxanasına yollanırıq. Reyhan Heydərova Zeynəddin kənd orta məktəbinin kitabxana müdiridir. Artıq 17 ildir ki, kitabxanada çalışır. Deyir ki, kitabların çoxu köhnəlib: “Çünki uşaqlar kitab oxumağa maraqlıdırlar. Hətta bəzən müəllimlər gəlib deyir ki, filan kitabı verin oxuyum, şagirdlər çox tərifləyirdi”.

Reportaj hazırlayarkən məktəbdə hələ tədris bitmədiyindən dəhlizdən, eləcə də baş çəkmək istədiyimiz idman zalından şagirdlərin səsi gəlir.

Bildirək ki, Babək rayonu üzrə keçirilmiş məktəblərarası voleybol yarışında Zeynəddin kənd tam orta məktəbi 1-ci yerə layiq görülüb. Məktəbin fiziki-tərbiyə müəllimi Məhəmməd Nadirov və şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif edilib. Belə mükafatlandırmalar şagirdləri də idmana çox həvəsləndirir.

Məktəbin sinif otaqlarına şəhidlərimizin adları verilib. Bu onların həm şəhidlərin qəhrəmanlıq yollarını daha yaxşı öyrənmələrinə səbəb olur, həm də şagirdlərə vətənpərvərlik duyğularını aşılayır. 

Məktəbin pəncərəsindən kəndin gözəl mənzərəsinə baxdıqca burada qalmaq istəyirsən, amma artıq getmək vaxtdır.  Məktəbin ən yaxşılar sırasına necə daxil olduğunun şahidi olduq. Ümidvarıq ki, bu ənənə hər zaman davam edəcək. 

 

1 /9

Şərhlər

Xəbər lenti

17 iyun, 20:24

Mətin Kərimli: Müəllim və direktor lider olmasa, məktəbdə hər hansı dəyişiklik etmək mümkün deyil

17 iyun, 20:22

Sertifikatlaşdırmadan keçən müəllimlərin dərs yükü artırılıb

17 iyun, 18:22

STEAM’ool olimpiadasının final mərhələsinin qalibləri elan olunub

17 iyun, 18:01

“Finala çıxacağıma inanmırdılar” – RFO qalibləri danışırlar

17 iyun, 17:50

ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib

17 iyun, 17:50

Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir

17 iyun, 17:49

Təhsildə liderliyə gedən yol – REPORTAJ

17 iyun, 17:39

“Azercell Cup 2025” müsabiqəsinin qalibləri elan olundu

17 iyun, 17:38

Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

17 iyun, 17:32

ADA ilə BOC arasında Anlaşma Memorandumu imzalanıb

17 iyun, 17:13

“BilBacar”da fərqlənən rayonlar və məktəblər açıqlandı – MÜSAHİBƏ

17 iyun, 17:05

Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

17 iyun, 17:00

Əldə olunan uğurlu nəticə əzm və məqsədyönlü çalışmanın nəticəsidir

17 iyun, 16:24

Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər 

17 iyun, 16:24

Texnologiya bizi idarə etməsin, biz onu idarə edək

17 iyun, 15:56

Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir

17 iyun, 15:53

Nəzakət Mehdiyeva: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil

17 iyun, 15:50

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib

17 iyun, 15:40

Nazir müavini: Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

17 iyun, 15:05

Aşpaz və qənnadıçı peşələri üzrə Milli Abilimpiya Çempionatı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.