
24–25 sentyabr tarixlərində Bakıda keçirilən “Avrasiya Universitetləri Sammiti” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Qazaxıstanın Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə elm və ali təhsil sahəsində ümumi əməkdaşlıq perspektivləri, birgə tədqiqat imkanlarının genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin təşkili, həmçinin universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı əməkdaşlığın regionda ali təhsilin beynəlmiləlləşməsi və yeni imkanların yaradılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər