Bütün xəbərlər
26 sentyabr, 15:51

Sentyabrın 26-da Dövlət İmtahan Mərkəzində torpaqlarımızın bütövlüyü uğrunda aparılmış 44 günlük müharibədə şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, Bakı şəhəri və ona yaxın bölgələrin ümumtəhsil müəssisələrində VIII-X sinifdə təhsil alan 130-dan çox şəhid övladı iştirak edib.

Tədbirdə çıxış edən M.Abbaszadə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edib. Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin həmişə dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib.

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Dövlət İmtahan Mərkəzi və fondun birgə əməkdaşlığı çərçivəsində uzun illərdir ki, şəhid ailələrinin üzvlərinə və qazilərə göstərilən mənəvi dəstək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına kömək edən əməli yardımlar haqqında məlumat verib.

Daha sonra Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” aləti təqdim edilib və peşə seçiminin psixoloji xüsusiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Testlər kompüterdə elektron formada keçirilir. Testi bitirəndə nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testlər haqqında danışan M.Abbaszadə bildirib ki, qiymətləndirmə aləti artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla yoxlanılıb və praktiki səmərəliliyi təsdiqlənib. Bu testlər bilik, bacarıq, maraq və fərdi xüsusiyyətlərə əsaslanaraq şəxsə uyğun peşə istiqamətinin müəyyən edilməsi məqsədilə istifadə olunur. İştirakçı testi bitirdikdən sonra dərhal nəticələr göstərilir və ona uyğun peşələr təqdim olunur. Beləliklə, şagird hansı sahəyə daha uyğun ola biləcəyi haqqında məlumat əldə edə bilir.

Tədbirin sonunda iştirakçılara DİM tərəfindən nəşr olunan VIII-X sinif qiymətləndirmə tapşırıqları kitabları hədiyyə olunub. Onlar həmçinin peşə seçimi testlərindən faydalanıblar.

1 /10

Şərhlər

Xəbər lenti

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:23

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan bəzi tələbələr dövlət sifarişi ilə təhsil alacaqlar 

26 sentyabr, 15:11

Qəbul imtahanlarında yeni test modeli tətbiq olunacaq? - DİM-dən açıqlama

26 sentyabr, 15:05

"İnklüziv təhsilin əhatə dairəsi genişləndirilməlidir" – Deputat

26 sentyabr, 15:02

LDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

26 sentyabr, 14:59

“İnformasiya mənbələrinin çoxluğu gəncləri peşə seçimi dövründə stresə sala bilər” – DİM 

26 sentyabr, 14:41

Kəlbəcər məktəbliləri Anım Gününü ilk dəfə öz rayonlarında qeyd etdilər

26 sentyabr, 14:38

Bu il 195 nəfər şəhid və qazi övladı ali məktəblərə qəbul olub

26 sentyabr, 14:28

Professor İlber Ortaylı NDU-da olub

26 sentyabr, 13:52

Fariz İsmayılzadə: Heç bir uşaq imtiyazlardan kənarda qalmamalıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.