.jpeg)
Bu gün Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün 27 sentyabr – Anım Günü ilə bağlı onlayn dərs keçirilib.
"Azərbaycan müəllimi” xəbər verir ki, onlayn dərsi Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov aparıb.
Bildirilib ki, 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var.
Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxıb və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin edib.
Azad Şirzadov qələbə qazandığımız 44 günlük Vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 minə yaxın hərbi qulluqçusu şəhid olmuş, hərbi qulluqçularımızdan itkin düşən və yaralanaraq sağlamlığını itirənlər olub. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Dərsdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhrəmanlığından bəhs olunaraq qeyd olunub ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Naxçıvandan olan hərbçi-zabitlər idi.
İntertaktiv dərsdə Azərbaycan Ordusunun sentyabrın 19-da apardığı lokal xarakterli antiterror tədbirləri haqqında da şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, 2021-2022-ci tədris ilindən Muxtar Respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər