Bütün xəbərlər
26 sentyabr, 18:08

23 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə 2024–2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı görüş keçirilib. İclas Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) baş tutub.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də ETN-in Fizika, Radiasiya Problemləri, Geologiya və Geofizika, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya institutlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İSİ-nin baş direktoru akademik Əli Abbasov qonaqları salamlayıb, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın mahiyyətini diqqətə çatdırıb. Akademik tədbirin əməli əhəmiyyətini vurğulamış və institutda bu istiqamətdə aparılan tədqiqatlardan danışıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək, bütün dünyada olduğu kimi ölkəmizdə də su ehtiyatları sahəsində mövcud problemlərin aktuallığını qeyd edib. O, 2024–2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında 28 tədbirdən 4-ü üzrə Elm və Təhsil Nazirliyinin əsas icraçı qurum olduğunu və bundan irəli gələn öhdəlikləri iştirakçıların diqqətinə çatdırıb. T.Süleyman çıxışının sonunda görüşün əsas məqsədinin Tədbirlər Planından irəli gələn məsələlərin icrası ilə bağlı institutlar arasında vəzifə bölgüsünün aparılması və yeni təkliflərin irəli sürülməsi olduğunu vurğulayıb.

İclas Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanovanın katibliyi ilə davam edib. İlk olaraq ETN-in, daha sonra isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsas icraçı olduqları məsələlərin yerinə yetirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər irəli sürülüb və institutlar arasında vəzifə bölgüsü həyata keçirilib.

Müzakirələrdə Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdirləri Nəzər İsmayılzadə və Günay Abbasova, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Vaqif Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru professor Əlövsət Quliyev, Coğrafiya İnstitutunun baş direktoru dosent Zaur İmrani və digər iştirakçılar çıxış ediblər.

1 /4

Şərhlər

Xəbər lenti

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

26 sentyabr, 15:23

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan bəzi tələbələr dövlət sifarişi ilə təhsil alacaqlar 

26 sentyabr, 15:11

Qəbul imtahanlarında yeni test modeli tətbiq olunacaq? - DİM-dən açıqlama

26 sentyabr, 15:05

"İnklüziv təhsilin əhatə dairəsi genişləndirilməlidir" – Deputat

26 sentyabr, 15:02

LDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

26 sentyabr, 14:59

“İnformasiya mənbələrinin çoxluğu gəncləri peşə seçimi dövründə stresə sala bilər” – DİM 

26 sentyabr, 14:41

Kəlbəcər məktəbliləri Anım Gününü ilk dəfə öz rayonlarında qeyd etdilər

26 sentyabr, 14:38

Bu il 195 nəfər şəhid və qazi övladı ali məktəblərə qəbul olub

26 sentyabr, 14:28

Professor İlber Ortaylı NDU-da olub

26 sentyabr, 13:52

Fariz İsmayılzadə: Heç bir uşaq imtiyazlardan kənarda qalmamalıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.