Bütün xəbərlər
26 sentyabr, 17:09

Sentyabrın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Anım Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin akt zalında keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri, MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq onun əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyi münasibətilə MDU-nun şəhidlik zirvəsinə yüksəlmiş 6 məzununa həsr edilmiş filmin qısa təqdimatı keçirilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanın torpaqlarının işğaldan azad olunması ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xətti və Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq düşməni məğlub edib. O, bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi təkcə ərazilərimizin azad olunması ilə kifayətlənməyib, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Çıxışının sonunda İ. İsmayılov şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayaraq bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

MDU-nun rektoru Anar Eminov Anım Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək 27 Sentyabr tarixinin Azərbaycan xalqının həm şərəfli, həm də kədərli səhifəsi olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmişdir. Onun sözlərinə görə, bu qələbə təkcə hərbi gücün deyil, həm də xalqımızın birliyi, milli ruhu və vətən sevgisinin təntənəsi olub.

A. Eminov vurğulayıb ki, bu Zəfər şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunub və onların fədakarlığı, igidliyi daim örnək olaraq qalacaq. O, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 27 Sentyabrın Anım Günü kimi təsis edilməsinin şəhidlərimizə göstərilən dərin hörmətin ifadəsi olduğunu qeyd edib.

Rektor çıxışında xüsusi olaraq MDU-nun da bu müharibədə şəhidlər verdiyini xatırladaraq bildirib ki, 6 igid məzunumuz – Kənan Abdullayev, Əzəmi Hüseynov, Oruc Nəcəfli, Faiq Həsənov, Yusif Cəfərov və Qorxmaz İsgəndərov döyüş meydanında şəhidlik zirvəsinə ucalıblar. O, onların adlarının daim yaşadılacağını və qəhrəmanlıqlarının gənc nəslə örnək kimi çatdırılacağını deyib.

A. Eminov tədbirdə iştirak edən şəhid valideynlərinə dərin minnətdarlığını ifadə edərək, bütün şəhidlərimizin ruhunun uca, xatirələrinin isə əbədi olacağını diqqətə çatdırıb.

Tədbirdə şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək övladının qəhrəmanlığı ilə qürur duyduğunu bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim uca tutulacağını vurğulayıb. A. Abdullayeva qeyd edib ki, şəhid anaları üçün ən böyük təsəlli övladlarının adlarının unudulmaması, onların qəhrəmanlıqlarının gənc nəslə örnək kimi çatdırılmasıdır. O, göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və MDU-ya minnətdarlığını ifadə edib.

Tədbirdə çıxış edən MDU-nun Riyaziyyat kafedrasının müdiri, Vətən müharibəsi iştirakçısı Rövşən Babayev döyüş yolundan danışaraq, qazanılan Zəfərin xalqımızın birliyi və əsgərlərimizin fədakarlığı sayəsində mümkün olduğunu bildirib. R. Babayev vurğulayıb ki, hər bir əsgər və zabit müqəddəs amal uğrunda vuruşaraq torpaqlarımızın işğaldan azad edilməsinə töhfə verib. O, şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində daim örnək olacağını diqqətə çatdırıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə MDU-nun müəllim və tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeirlər, musiqilər səsləndirilib və “Əsgərə məktub” adlı səhnəcik canlandırılıb.

Tədbirdən sonra universitetin həyətində 6 şəhid məzunun xatirəsinə həsr edilmiş ağaclar əkilib.

Qeyd edək ki, universitetdə Vətən müharibəsinin 5 illiyi münasibətilə MDU-nun Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir.

1 /17

Şərhlər

Xəbər lenti

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

26 sentyabr, 15:23

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan bəzi tələbələr dövlət sifarişi ilə təhsil alacaqlar 

26 sentyabr, 15:11

Qəbul imtahanlarında yeni test modeli tətbiq olunacaq? - DİM-dən açıqlama

26 sentyabr, 15:05

"İnklüziv təhsilin əhatə dairəsi genişləndirilməlidir" – Deputat

26 sentyabr, 15:02

LDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

26 sentyabr, 14:59

“İnformasiya mənbələrinin çoxluğu gəncləri peşə seçimi dövründə stresə sala bilər” – DİM 

26 sentyabr, 14:41

Kəlbəcər məktəbliləri Anım Gününü ilk dəfə öz rayonlarında qeyd etdilər

26 sentyabr, 14:38

Bu il 195 nəfər şəhid və qazi övladı ali məktəblərə qəbul olub

26 sentyabr, 14:28

Professor İlber Ortaylı NDU-da olub

26 sentyabr, 13:52

Fariz İsmayılzadə: Heç bir uşaq imtiyazlardan kənarda qalmamalıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.