Bütün xəbərlər
2 may, 11:00

“Uşaq İncəsənət Festivalı-2025”in keçirilməsinə saylı günlər qalır. “Azərbaycan müəllimi” ötən illərdə baş tutan Uşaq İncəsənət Festivalı qaliblərini oxucuları ilə tanış etməyə, onların yeni iştirakçılara tövsiyələrini çatdırmağa davam edir.

“Dostlarıma tövsiyəm budur ki, festivalda layiqli yerlərdən birini tutmaq üçün daim öz üzərlərində işləsinlər”

Murad Nəbizadəni televiziya ekranlarından bir çoxlarımız tanıyırıq.  O, 2024-cü il noyabrın 12-də Bakıda keçirilən COP-29 Liderlər Sammitinin açılış mərasimində dünyanın müxtəlif dövlət başçıları qarşısında "Bayatı-Şiraz" muğamını ifa edərək qonaqları məlahətli səsinin sehrinə salmışdı.

Murad 2013-cü ildə paytaxtın Binəqədi rayonunda anadan olub və hazırda orada yaşayır. Bülbül adına orta ixtisas musiqi məktəbinin 6-cı sinfində təhsil alan yeniyetmə musiqiyə olan marağının ailəsindən irəli gəldiyini qeyd edir. Onun sözlərinə görə, nail olduğu bütün uğurlarında ailəsinin rolu danılmazdır: “7 yaşımdan oxumağa başlamışam, xalq mahnılarını və muğamı çox sevirəm. Dəyərli müəllimim - Əməkdar artist Nuriyyə Hüseynovanın sayəsində xanəndəlik sənətinin sirlərinə yiyələnirəm. Uğurlarıma görə müəllimimə və ailəmə təşəkkür edirəm”.

Murad Nəbizadə 2023-cü ildə Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Uşaq İncəsənət Festivalına qatılaraq “həvəskar” kateqoriyasında 1-ci yerə layiq görülüb: “Festivalda müxtəlif nominasiyalar üzrə müsabiqə keçirilirdi, mən xanəndəlik üzrə bacarığımı nümayiş etdirdim. Münsiflərin ədalətli seçimi nəticəsində 1-ci yeri qazandım və böyük fərəh hissi keçirdim. Festivaldakı qalibiyyətdən sonra uğurlu çıxışlarım davam edib. 2025-ci il aprelin 20-də Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində yaşıdlarım arasında birinci yerə layiq görülmüşəm”.

“Uşaq İncəsənət Festivalı-2025”də iştirak edəcək şagirdlərə uğurlar arzulayan Murad vurğulayır: “Dostlarıma tövsiyəm budur ki, festivalda layiqli yerlərdən birini tutmaq üçün daim öz üzərlərində işləsinlər”. 

Yeniyetmə xanəndənin ən böyük arzusu bu il keçiriləcək və artıq qatıldığı 9-cu “Muğam” Televiziya Müsabiqəsində qalib olmaqdır.  

“Arzum tanınmış qarmon ifaçısı olmaq, muəllimimin yolunu davam etdirməkdir”

Abbas Əhmədov gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbinin 4-cü sinif şagirdidir. 7 yaşından qarmonda ifa edən Abbas bu sənətə anası tərəfindən təşviq edildiyini söyləyir: “Müəllimim Vüsal Qəhrəmanov maraqlı və peşəkar dərsləri ilə məni musiqiyə daha da bağladı. Artıq musiqi həyatımın ayrılmaz hissəsinə çevrilib”.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 5-ci sinfində oxuyan məktəbli bacardığı qədər  dərslərini yaxşı oxumağa çalışdığını deyir. 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalında “Azərbaycan xalq çalğı alətləri ifaçılığı” nominasiyası üzrə “peşəkar” kateqoriyasında 1-ci yerə layiq görülən Abbas söyləyir ki, bu mükafat onun üçün böyük fəxr və motivasiya mənbəyidir: “UİF-də iştirak etmək və belə bir mühitdə mükafat qazanmaq məni çox sevindirdi. Başqa müsabiqələrdə də iştirak etmişəm, ictimai fəallığıma görə müxtəlif diplom və mükafatlar qazanmışam. Ancaq bunların arasında UİF-də qalibiyyətim xüsusi yer tutur. Arzum Azərbaycan Milli Konservatoriyasında oxumaq, tanınmış qarmon ifaçısı olmaq, muəllimimin yolunu davam etdirməkdir”.

“UİF-2025”də iştirak edən şagirdlərə Abbasın tövsiyəsi belədir: “Festivalda əsas məqsəd sadəcə qalib olmaq deyil, həm də özünü ifadə etməkdir. Bütün uşaqlara uğurlar arzulayıram. Özlərinə inansınlar: bacaracaqlar!”

“Bu qədər istedadlı iştirakçı arasında qalib olarkən böyük fəxr hissi keçirdim”

Ramiz Balamiyev 2013-cü ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub, buradakı 7 nömrəli tam orta məktəbin 6-cı sinfində oxuyur. Eyni zamanda, Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 3-cü sinfində musiqi təhsili alır. 5 yaşından nağarada ifa edən Ramiz deyir: “Bu istedadımı nənəm aşkarladı. Orta məktəbə gedəndə isə ibtidai sinif müəllimim Gülmirə Babayeva və musiqi müəllimim Leyla Hüseynli israr edərək ailəmə müraciət etdilər. Nənəm məni 2 nömrəli Uşaq İncəsənət Məktəbinə yazdırdı. Direktorumuz Samir İsmayılov isə gözəl pedaqoq Vaqif Əliyevin sinfinə yönəltdi. 2 il Vaqif müəllimin tələbəsi olmuşam və nağaraçılıq sənətinin sirlərinə yiyələnmişəm. Vaqif müəllim təqaüdə çıxdığı üçün hazırda Məhərrəm Qəhrəmanovun tələbəsiyəm”.

2 nömrəli Uşaq İncəsənət Məktəbinin bütün konsert və tədbilərində yüksək səviyyədə  iştirak edən Ramiz Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində I Uşaq İncəsənət Festivalında “Azərbaycan xalq çalğı alətləri ifaçılığı” nominasiyası üzrə “həvəskar” kateqoriyasında 1-ci yerə layiq görülüb: “Mənim festivala qatılmağıma səbəb Vaqif müəllim olub. Festivalda bütün sənət növləri üzrə iştirakçılar var idi. Bu qədər istedadlı iştirakçı arasında qalib olarkən böyük fəxr hissi keçirdim. Hörmətli Vaqif müəllimə hər zaman mənə dəstək olduğu üçün dərin minnətdarlığımı bildirirəm”.

İstedadlı ifaçı vurğulayır ki, təhsil onun üçün hər zaman ön planda olub: “Dərslərimi yaxşı oxuyuram, əlaçıyam. Məktəbimizin şərəf lövhəsində şəklim var. Gələcəyimi isə musiqisiz təsəvvür etmirəm. İfa etdiyim sənəti dünya səviyyəsinə çıxartmaq ən böyük arzumdur. “UİF-2025”in iştirakçılarına yüksək nayiliyyətlər və birincilik arzu edirəm. Mən özüm də o festivalda bir daha iştirak etmək istəyərdim”.

“Aşıq sənətinin bütün incəliklərini öyrənməyi qarşıma məqsəd qoymuşam

Validə Salmanova Cabbar Qaryağdıoğlu adına 1 nömrəli musiqi məktəbində təhsil alır. Aşıq Nurlan Məmmədlinin tələbəsidir. Validə də bildirir ki, saz ifaçılığına marağı onda nənəsi oyadıb və 6 yaşından bu musiqi alətində ifa edir.  

Bakı şəhəri Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olan istedadlı məktəbli qeyd edir ki, dərs əlaçısıdır: “Musiqi ilə məşğul olduğum üçün məktəbin bütün tədbirlərində fəal iştirak edə bilirəm”. 

Validənin ilk uğuru “Ümid 2023” beynəlxalq incəsənət müsabiqəsində olub. Bu müsabiqədə o, birinci yerə layiq görülüb. Daha sonra “Uşaq İncəsənət Festivalı-2024”də iştirak edib: “Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bu yarışmaya qatılmaq bütün uşaqların, həmçinin mənim böyük sevincimə səbəb oldu. Qalib olacağımı bilmirdim, ancaq festivalda iştirak etmək qürurunu yaşamaq mənim üçün böyük hadisə idi. Festivalın mərhələlərini uğurla keçdim, 1-ci yerin qalibi olduğumu biləndə isə sevincimin həddi-hüdudu yox idi. 6 yaşımdan çəkdiyim zəhmətimin bəhrəsini görmüşdüm. Ondan sonra məndə belə bir hiss formalaşdı ki, başqa hansı uğurum mənim üçün bu qədər önəmli ola bilər?”

Validənin arzusu riyaziyyatçı olmaqdır. Bununla belə o vurğulayır: “Mən “ulu sazıma” çox bağlıyam və aşıq sənətinin bütün incəliklərini öyrənməyi qarşıma məqsəd qoymuşam. Qalib olaraq bu il keçiriləcək  “UİF-2025”in yeni iştirakçılarına demək istəyirəm ki, qalibiyyətə inanaraq cürətli addımlar atsınlar. Nə qədər çox çalışsanız, nəticəniz o qədər yüksək olacaq”.

Şərhlər

Xəbər lenti

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.