Bütün xəbərlər
17 dekabr, 12:50

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və “UNICEF Azərbaycan”ın maliyyə dəstəyi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəbinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 939 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb. Bu qruplarda, təxminən 16500 uşaq təhsil alır. 

Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini (sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişafını) əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Mərkəzlərdə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur.

“Azərbaycan müəllimi”nin budəfəki müsahibi Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən icma qrupunun müəllimi Fidan Mustafayevadır. F.Mustafayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecini “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bitirib.

- İcma qrupuna müəllim kimi necə qəbul olmusunuz? 
- 2021-ci ildə “İcma əsaslı məktəbəqədər təhsil layihəsi” çərçivəsində təşkil olunan müsabiqə və müsahibə mərhələsindən uğurla keçərək qəbul olunmuşam. Bu günə kimi bir çox təlimlərdə - Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqlarının artırılması üçün hazırlanmış 108 saatlıq pedaqoji təlim”, “EDU HUB” və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi ilə “Müəllimlərin mühitə adaptasiyası”, “Erkən yaşda uşaq inkişafı və təhsili”də və s. iştirak etmişəm.

- Rəhbərlik etdiyiniz icma qrupu əvvəldən bu məktəbdə yaradılıb, yoxsa başqa məktəbdə başlayıb?
- Lənkəranda, şəhərin özündə bir icma qrupu var. Bu qrup Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə yaradılıb, mən də fəaliyyətimə elə burada başlamışam. 3-cü tədris ilidir ki, icma müəllimi kimi fəaliyyət göstərirəm.

- Sinfinizdə neçə uşaq var? Yaş aralığı necədir?
- Hazırda İcma qrupumda 3-4 yaş aralığında 19 uşaq var.

- Üç övladınız var, həm evdə, həm məktəbdə azyaşlı uşaqlarla işləmək sizi yormur ki?
- Uşaqlarla işləmək təbii ki, məsuliyyətlidir, amma özüm üçün təyin etdiyim gündəlik proqrama əsasən, həm evdə övladlarımla, həm də icmadakı uşaqlarımla işləmək yorucu olmur. Əksinə, işimdən zövq alıram.

- İcma siniflərini bağçalardan fərqləndirən nədir? 
- İcma əsaslı məktəbəqədər təhsil qruplarında, əsasən, 3-5 yaş aralığında uşaqlar iştirak edirlər. Uşaqlara tədris yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Bu tədris proqramı 4 inkişaf sahəsinə yönəlib. Proqramdakı mövzular bir-birilə əlaqələndirilib.

- Lənkəranda neçə məktəbdə icma sinifləri var? 
- Lənkəranda 28 məktəbdə icma mərkəzi var. Biri şəhər məktəbində, 27-si kənd məktəblərində fəaliyyət göstərir. Bu mərkəzlər bütün körpələrin təhsilə əlçatanlığını təmin etmək məqsədilə, əsasən, dövlət bağçalarından uzaq məsafədə yerləşən məktəblərdə təşkil olunur. 

- İcma qruplarının xüsusi dərs proqramı var, bütün məktəbəqədər müəssisələrdə eyni metod və ləvazimatlardan istifadə olunur? 
- Hər bir icma sinfi ümumilikdə 20-ə yaxın müxtəlif öyrədici vəsaitlər (kartlar, pazllar, fiqurlar və s.), oyuncaqlar, tədris vəsaitləri (karandaş, plastilin, rəngli kağız və s.) ilə təmin olunur.

- Burada uşaqların hansı bacarıqları daha çox inkişaf etdirilir?
- Layihə erkən yaşda olan uşaqların sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqların yaxşılaşmasına müsbət təsir edir.

- Dərslərdə valideynlərin iştirakı vacibdir? Bunu necə tənzimləyirsiniz?
- Valideynlər dərslərdə 2 nəfər olmaqla növbələşərək iştirak edə bilirlər. Valideynlərin iştirakı həm maariflənmə, həm də müəllimə dəstək məqsədilədir. İcma layihələrində məqsəd həm də valideyn-icma-məktəb əməkdaşlığının yaradılmasıdır. 

- İcma siniflərinə qəbul necə aparılır?
- Müvafiq ilə uyğun olaraq 3 və 4 yaşı tamam olmuş Azərbaycan vətəndaşları icmaya qəbul olunur. Uşaqların qeydiyyatı icma müəllimi tərəfindən aparılır. 
 

Şərhlər

Xəbər lenti

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

16 sentyabr, 11:34

İlin ikinci Günəş tutulması baş verəcək

16 sentyabr, 11:29

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqubu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:55

MÜTDA: İş dəftərlərinin alınması heç bir halda məcburi xarakter daşımamalıdır

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

16 sentyabr, 09:29

Müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.