
“Təhsil cəmiyyətin inkişafına həyat verən, onu hərəkətə gətirən əsas qüvvədir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
Nazir müavini bildirib ki, təhsil yalnız bilik və bacarıq qazanmaqdan ibarət deyil. O, eyni zamanda ölkənin iqtisadi inkişafını, sosial rifahını, idarəetmə strukturunu müəyyənləşdirir:
“Təhsil yoxsulluğun azalmasına, sosial və gender bərabərliyinin təmin olunmasına mühüm təsir göstərir”.
İdris İsayev qeyd edib ki, təhsilin inkişafı hər bir sahənin inkişafına təkan verir və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır.
Nazir müavini Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi və Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədləri sırasında təhsilə xüsusi yer ayrıldığını diqqətə çatdırıb:
“Heç də təsadüfi deyil ki, bu məqsədlərin dördüncüsü hamı üçün inklüziv və keyfiyyətli təhsilin təmin olunması, ömürboyu təhsil imkanlarının yaradılması ilə bağlıdır. Azərbaycan da bu məqsədlərə sadiq qalaraq təhsil sisteminin davamlı inkişafını və hər kəs üçün bərabər təhsil imkanlarının təminini prioritet istiqamət kimi müəyyən edib”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər