Bütün xəbərlər
21 noyabr, 14:06

Məlum olduğu kimi, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində Uşaq və Gənclər üçün İqlim Bəyannaməsi imzalanıb.

Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın üzvü, "Ümidli gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Azərbaycan müəllimi”nə məsələ ilə bağlı fikirlərini bildirib.

Şura üzvü deyib ki, Uşaq və Gənclər üçün İqlim Bəyannaməsinin imzalanması iqlim dəyişikliyi şəraitində uşaqların hüquqlarının qorunması istiqamətində atılan mühüm bir addım olacaq. Düşünürəm ki, bu bəyannamə uşaq və yeniyetmələrin iqlim dəyişikliyinin mənfi təsirlərindən qorunmasını, həmçinin onların bu vacib sənədin  imzalanması prosesində iştirakını təmin edəcək.

"Məlumdur ki, bütün dünyada uşaqlar və gənclər, iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkirlər. Odur ki, sənəd uşaqların iqlim qərarlarının qəbulunda prioritetliyini təmin etməli, iqlim strategiyaları və siyasətlərinin uşaqların hüquqlarının sözsüz təmin olunmasına, eləcə də təhlükəsiz ətraf mühit hüququnun qorunmasına yönəlməlidir. Belə olarsa, heç şübhəsiz, bütün ölkələrdə həssas icmaların uşaqlarla bağlı iqlim dəyişikliyinin zərərli təsirlərini minimuma endirmək mümkün olacaq. Bəyannamə iqlim mühafizəsi sahəsində təşəbbüsləri və liderliyi dəstəkləmək üçün gənclərə imkan yaradacaq və iqlim dəyişikliyi mövzusunda təhsilin gücləndirilməsinə, təhsili iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağa və onları yüngülləşdirməyə hesablanacaq".

İctimai Şura üzvü həmçinin bildirib ki, bu, eyni zamanda uşaq, yeniyetmə və gənclərdə lazım olan bilik və bacarıqları inkişaf etdirməkdə əsas vasitəyə çevriləcək, məktəb proqramlarına iqlim təhsilinin inteqrasiyasına, ekologiya və dayanıqlı düşüncə ilə bağlı tədris proqramlarının inkişafına dəstək verəcək:

"İqlim Bəyənnaməsi həssas icmalardan olan uşaqların iqlim təhdidləri ilə ilk qarşılaşdıqları zaman onların sosial və ya iqtisadi vəziyyətindən asılı olmayaraq, bərabər müdafiəsini təmin etməyi hədəfləməlidir. İnanıram ki, bu sənədin imzalanması və həyata keçirilməsi, uşaqların iqlim çağırışları şəraitində böyüyüb, oxuyub inkişaf edə biləcəyi ədalətli və təhlükəsiz bir mühitdə formalaşması üçün  olduqca vacib bir  sənəd  olacaq. Qeyd etmək vacibdir ki, bu sənəd iqlim gündəmini milli siyasətə inteqrasiya etməyə və ekoloji baxımdan əhəmiyyətli qərarlar qəbul edilərkən uşaqların maraqlarını və gələcəyini diqqət mərkəzində saxlamağa imkan verəcək. Azərbaycan belə bir Bəyannaməni qəbul etməklə bütün ölkələrə, xalqlara, bütövlükdə dünyaya  olduqca mühüm bir nümunə göstərəcək. Düşünürəm ki, məhz Azərbaycan modeli kimi bu Bəyannamənin uğurla həyata keçirilməsi, iqlim çağırışları şəraitində uşaqların sağlam və təhlükəsiz gələcəklərinin qorunması baxımından digər ölkələr üçün də uğurlu nümunə olacaq".

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.