Bütün xəbərlər
3 aprel, 19:00

Təhsil üzrə Qlobal Tərəfdaşlıq (GPE) tərəfindən "İqlim fəaliyyəti üçün təhsil: təhsilin milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) inteqrasiyası" adlı hesabat hazırlanıb. Hazırlanmış hesabatda iqlim dəyişikliyi ilə mübarizədə təhsilin rolu və əhəmiyyəti vurğulanır. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin mart sayında hesabatdan çıxarışlara yer verilib.

Paris Sazişinin 2023-cü il üzrə ilk Qlobal Hesabatı dünyanın iqlim hədəflərinə çatmaq üçün hələ də lazımi yolda olmadığını göstərmişdir. Bu məqsədlərə nail olmaq üçün daha genişmiqyaslı və effektiv tədbirlərin görülməsi tələb olunur. 

Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) hər bir ölkənin iqlim dəyişikliyinə qarşı mübarizə və uyğunlaşma prosesi üzrə özünəməxsus milli strategiyasıdır. 2025-ci ildə təqdim ediləcək üçüncü yenilənmiş NDC (NDC 3.0) 2035-ci ilədək nəzərdə tutulan hədəfləri müəyyən edəcək. 1992-ci ildən etibarən beynəlxalq iqlim sazişlərində təhsilin əhəmiyyəti vurğulansa da, bu sektorun iqlim strategiyalarında kifayət qədər nəzərə alınmadığı hesabatda qeyd edilir. Bu səbəbdən də iqlim siyasətlərinin hazırlanması və həyata keçirilməsi prosesində təhsilin rolu daha da gücləndirilməlidir.

Bir çox ölkələrin təhsil nazirlikləri iqlim siyasətlərinə inteqrasiya prosesində ciddi çətinliklərlə qarşılaşır. Nəticədə təhsil sektoru iqlim dəyişikliyinə qarşı effektiv mübarizə vasitəsi kimi tam potensialından istifadə edə bilmir. Təhsilin milli səviyyədə müəyyən olunmuş töhfələrə (NDC) daxil edilməsi, ölkələrə iqlim maliyyələşdirilməsinə çıxış imkanlarını genişləndirmək, iqlimə davamlı təhsil sistemlərinin qurulmasını təmin etmək və uşaqların iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün mühüm mexanizm rolunu oynayır.

Təhsil strategiyalarının bu siyasətlərə inteqrasiyası sayəsində uşaqlar iqlim dəyişikliyinin təsirlərinə qarşı daha hazırlıqlı olur. Həmçinin yaşıl iqtisadiyyatda məşğulluq imkanları qazanır və iqlim ədaləti sahəsində liderlik etməyə təşviq edilirlər. Belə yanaşma həm iqlim risklərinin idarə edilməsini, həm də uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinə nail olunmasını gücləndirir.

İqlim siyasətinə təhsilin inteqrasiyası üzrə çətinliklər yaşayan ölkələr: 

Hesabata əsasən, bir sıra ölkələr iqlim siyasətinə təhsilin inteqrasiyası sahəsində mühüm maneələrlə üzləşir. Bu çətinliklər arasında idarəetmə koordinasiyasının zəifliyi, maliyyə və texniki resursların çatışmazlığı və sübuta əsaslanan strategiyaların məhdudluğu yer alır. Xüsusilə, aşağıdakı ölkələr bu sahədə nəzərəçarpacaq problemlərlə qarşılaşır.
Çad: iqlim risklərinin idarə edilməsi, məktəb təqvimlərinin uyğunlaşdırılması və ekoloji klubların təşviqi kimi tədbirləri nəzərdə tutsa da, təhsil sektorunun bu proseslərə effektiv inteqrasiyası məhduddur. 
Kamboca: Kamboca 2020-ci ildə yenilənmiş NDC-də təhsilə dair tədbirlər müəyyən edib. Bunlar müəllim hazırlığında iqlim dəyişikliyinin əhəmiyyətini artırmaq, rəsmi olmayan tədris proqramlarına iqlim mövzularını daxil etmək və ictimai binalarda iqlimə davamlı infrastruktur standartlarını tətbiq etməyi əhatə edir. Bununla belə, hesabatda qeyd edilir ki, bu tədbirlərin icrasında maliyyə çatışmazlığı, əlaqələndirmə problemləri və institusional çətinliklər kimi maneələr hələ də qalmaqdadır.
Vanuatu: iqlim risklərinin idarə edilməsi və məktəb planlarında iqlim tədbirlərinin inteqrasiyasını gücləndirməyi hədəfləsə də, bu istiqamətdə yetərli maliyyə və texniki dəstək çatışmazlığı var.

Dünya üzrə iqlim maliyyələşdirilməsinin cəmi 2.4%-i uşaq yönümlü fəaliyyətlərə ayrılıb və bu kontekstdə təhsil sektoru ciddi maliyyə çatışmazlığı ilə üzləşir. Bu səbəbdən yalnız təhsil sahəsinə deyil, sağlamlıq, qidalanma, sosial müdafiə və su-gigiyena xidmətlərinə də dayanıqlılığın artırılması vacibdir.
Təhsil sistemləri xüsusilə iqlim risklərinə qarşı hazırlıqlı olmalıdır. Çünki azgəlirli ölkələrdə məktəblər ildə orta hesabla 18 gün iqlim hadisələri səbəbilə bağlanır ki, bu da tədris ilinin 10%-ni təşkil edir. Müqayisə üçün, yüksək gəlirli ölkələrdə bu göstərici cəmi 2.4 gündür. Təhsilin davamlılığını təmin etmək və iqlim risklərinə uyğunlaşdırmaq üçün iqlim davamlı məktəb infrastrukturunun inkişafı, müəllimlərin hazırlanması və iqlim maarifləndirilməsinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. 

Təhsil sektorunun NDC-lərə effektiv inteqrasiyasını təmin etmək məqsədilə aşağıdakı yeddi əsas addım təklif olunur:

1.Ölkənin NDC yeniləmə prosesini anlamaq – NDC-lərin yenilənmə mərhələləri, müvafiq hüquqi və institusional çərçivələri dərk etmək;
2.Əsas maraqlı tərəfləri müəyyən etmək – Təhsil və iqlim siyasətinə təsir edən hökumət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik dairələr kimi maraqlı tərəfləri müəyyənləşdirmək;
3.NDC proseslərində aktiv iştirak etmək – Təhsil sektorunun rəsmi iqlim planlarına daxil edilməsi üçün milli və beynəlxalq səviyyədə aparılan müzakirələrdə fəal iştirak etmək;
4. Təhsilin daxil ediləcəyi sahələri müəyyənləşdirmək – Təhsil sisteminin iqlim dəyişikliyi ilə mübarizədə hansı spesifik sahələrdə (məsələn, kurikulum islahatları, məktəb infrastrukturu və ya müəllim hazırlığı) töhfə verə biləcəyini təyin etmək;
5. Təhsil fəaliyyətləri və indikatorlarını inkişaf etdirmək – NDC-lərə daxil ediləcək təhsil tədbirlərini konkret fəaliyyətlər və ölçüləbilən göstəricilər əsasında müəyyənləşdirmək;
6.Maliyyə mənbələrini müəyyənləşdirmək – Təhsilin iqlim fəaliyyətlərinə effektiv inteqrasiyası üçün milli və beynəlxalq maliyyə mexanizmlərindən istifadə yollarını araşdırmaq;
7.Təhsil üzrə strategiyaların icrası və monitorinqini aparmaq – Təhsil sektoruna aid iqlim tədbirlərinin uğurla həyata keçirilməsi üçün davamlı nəzarət və qiymətləndirmə mexanizmləri qurmaq;

Bundan əlavə, təhsil sektorunun NDC-lərə effektiv daxil edilməsi üçün üç əsas istiqamət önəm daşıyır.

İqlim risklərinə davamlı məktəblərin qurulması – Təhsil infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması və məktəblərin təhlükəsizliyinin artırılması;
Təhsil proqramlarında yaşıl iqtisadiyyat bacarıqlarının artırılması – Şagird və tələbələrin dayanıqlı inkişaf, iqlim texnologiyaları və ekoloji biliklər sahəsində bacarıqlarının inkişaf etdirilməsi;
İqlim risklərinin azaldılması üçün müvafiq qanunvericilik və maliyyələşdirmə mexanizmlərinin yaradılması – Təhsilin iqlim siyasətləri ilə daha sıx inteqrasiyasını təmin etmək üçün hüquqi və maliyyə əsaslarının gücləndirilməsi. Bu yanaşmalar təhsil sektorunun iqlim siyasətlərində aktiv rol oynamasını təmin etməklə yanaşı, gələcək nəsillərin iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün daha hazırlıqlı olmasına da şərait yaradacaq. Son olaraq hesabatda bildirilir ki, Təhsilin NDC-lərə inteqrasiyası iqlim strategiyalarının uğur qazanmasında həlledici rol oynaya bilər. Təhsilin NDC-lərə effektiv inteqrasiyası, iqlim strategiyalarının uğurla həyata keçirilməsində həlledici rol oynaya bilər. Bu inteqrasiya aşağıdakı əsas nəticələrə gətirib çıxara bilər:

İqlim maliyyələşdirilməsinin artırılması – Təhsil sektorunun iqlim strategiyalarına daxil edilməsi, bu sahənin daha geniş maliyyə dəstəyi almasına imkan yaradır.
Təhsil sistemlərinin iqlim risklərinə qarşı dayanıqlılığının gücləndirilməsi – Məktəblərin, təhsil infrastrukturunun iqlim dəyişikliyinə uyğunlaşdırılması, davamlı və təhlükəsiz təhsil mühitinin təmin edilməsi.
Uşaqların və gənclərin iqlim fəaliyyətlərində iştirakının genişləndirilməsi – Gənc nəslin iqlim dəyişikliyi ilə mübarizə aparan fəal və məlumatlı vətəndaşlar kimi yetişdirilməsi.
Yaşıl iş yerləri üçün yeni nəsil kadrların hazırlanması – İqlim texnologiyaları, bərpaolunan enerji, ekoloji mühəndislik və dayanıqlı iqtisadiyyat sahələrində mütəxəssislərin yetişdirilməsi.

NDC 3.0 çərçivəsində ölkələr təhsil nazirliklərinin bu proseslərdə daha aktiv iştirakını təmin etməli və təhsilin iqlimə uyğunlaşmasını dəstəkləyən beynəlxalq maliyyə mexanizmlərinin yaradılmasını təşviq etməlidirlər. Beynəlxalq maliyyə qurumları bu məqsədlə xüsusi maliyyələşdirmə proqramları və texniki dəstək mexanizmləri inkişaf etdirməlidir.

Ümumilikdə iqlim siyasətində təhsilin rolu artırılmalı və bu sahəyə sistemli və məqsədyönlü yanaşmalar tətbiq edilməlidir. Təhsil sektoru yalnız məlumatlandırma vasitəsi kimi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizənin əsas hərəkətverici qüvvəsi kimi qəbul edilməlidir.

Mənbə: Save the Children. (2025). Education for climate action: Integrating education into nationally determined contributions.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.