Bütün xəbərlər
27 may, 10:10

“Ölkədə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, təhsil və sağlamlıq imkanlarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən layihələr sağlam və savadlı nəslin formalaşmasına xidmət edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib. 

Komitə sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasında uşaqların müdafiəsi və rifahı naminə çoxşaxəli fəaliyyət həyata keçirilir: “Bu fəaliyyət çərçivəsində digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində bir sıra mühüm nəticələr əldə olunub, xüsusi olaraq uşaqların təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində isşlər görulüb”. 

Qeyd olunub ki, bu məqsədlə komitə tərəfindən İşçi qrupu yaradılıb, monitorinqlər aparılıb, uşaqların ailələrinin sosial vəziyyəti, psixoloji durumu və təhsildən yayınma səbəbləri araşdırılıb. Nəticədə 23 uşağın məktəbə davamiyyəti təmin olunub və müvafiq məlumat bazası yaradılıb. 

Ramilə Seyidova çıxışının sonunda qeyd edib ki, bu il keçirilən buraxılış imtahanında Naxçıvanda ən yüksək nəticəni Ordubad şəhəri tam orta internat məktəbi bir şagirdi əldə edib. Bu uğur həm şagirdin səyi, həm də bölgədə yaradılmış müasir təhsil infrastrukturunun və göstərilən dəstəyin nəticəsidir.

Şərhlər

Xəbər lenti

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.