Bütün xəbərlər
28 iyul, 20:05

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunmuş uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil İnstitutunda xüsusi komissiya yaradılmış və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilmişdir.

İnstitutdan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, sözügedən komissiya tərəfindən 14–18 iyul 2025-ci il tarixlərində valideynlərlə görüşlər təşkil edilmiş, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunmuşdur. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilmişdir.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilmiş, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunmuşdur. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcəkdir. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak etmişdir.

Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir.

Şərhlər

Xəbər lenti

28 iyul, 21:20

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

28 iyul, 17:07

Azərbaycanın məşqçi-müəllimi Dünya Kubokunda bürünc medal aldı

28 iyul, 16:58

100 baldan az toplayanların xarici universitetlərə qəbulu məhdudlaşdırılmalıdır – Ekspert

28 iyul, 16:15

Vəzifə öhdəliklərini yerinə yetirməyən məktəb direktoruna töhmət verilib

28 iyul, 15:43

“Uğur sadəcə nəticə deyil, seçimdir” – Məzunların baxışı

28 iyul, 15:28

Hansı peşə təhsili müəssisələrinin yataqxanası var? – SİYAHI

28 iyul, 15:15

Təhsil işçilərinə verilən yollayışların sayı 136% artıb

28 iyul, 14:28

Musiqi sənəti üzrə test imtahanı keçirilib

28 iyul, 14:24

Firudin Qurbanov türkmənistanlı həmkarı ilə görüşüb

28 iyul, 14:15

Peşə mərkəzi ilk dəfə sahibkarlıqdan pul qazandı 

28 iyul, 13:42

Universitetə qəbul olan subbakalavrlar üçün xüsusi proqram hazırlanmalıdır – Mütəxəssis

28 iyul, 12:21

Sabahın hava proqnozu açıqlanıb

28 iyul, 11:55

Azərbaycanda süni intellekt sahəsində yeni dövlət standartı qəbul edilib

28 iyul, 11:27

Bu günədək 55 000-ə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib

28 iyul, 11:14

AzMİU-nun biznes inkubatoru beynəlxalq sertifikatla təltif edilib

28 iyul, 10:22

Qadınlar üçün rəqəmsal dəstək – Süni intellektin yardımından istifadə ediləcək

28 iyul, 10:08

Qarabağ Universitetinin strateji hədəfləri

28 iyul, 09:50

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün ingilis dili təlimləri keçirilir

28 iyul, 09:36

İkili diplom proqramları: Azərbaycan ali təhsilinin beynəlmiləlləşmə yol xəritəsi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.