Bütün xəbərlər
1 avqust, 16:05

III Maarifçi tələbə-məzun təcrübə proqramının iştirakçıları üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” mövzusunda növbəti təlim keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlim Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin müdiri  Xanım Şabanovanın fasilitatorluğu ilə baş tutub.

Nəzəri və praktiki hissədən ibarət olan təlimdə “Maarifçi”lər “rifah nədir?” sualı ətrafında öz fikirlərini bölüşüblər. Təqdim olunan maraqlı cavablar əsasında rifah anlayışının müxtəlif aspektləri barədə geniş müzakirələr aparılıb.

Xanım Şabanova xüsusilə dövlət müəssisələrində çalışan əməkdaşlar üçün rifahın qorunması, həyat və iş balansının təmin edilməsi, yaradıcı potensialın inkişaf edilməsi, maddi rifah və maliyyə savadlılığı kimi mövzular üzrə ətraflı məlumat verib. İştirakçılar həmçinin sosial rifah, şəxsi maliyyə vərdişləri və həyat keyfiyyətinin artırılması ilə bağlı müzakirələrdə fəal iştirak ediblər.

Təlimin sonunda iştirakçılar üç komanda şəklində qrup işi həyata keçirərək mövzu üzrə əldə etdikləri bilikləri praktik olaraq tətbiq ediblər.

Qeyd edək ki, 4 ay davam edəcək proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

1 /7

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.