
“NEQSOL Holding” Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Parla” Tələbə Qızlar üçün Təqaüd və İnkişaf Proqramına görə iki kateqoriya üzrə nüfuzlu beynəlxalq “2025 Stevie® Awards for Great Employers” mükafatına layiq görülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, ümumilikdə “NEQSOL Holding” “Genişləndirilmiş korporativ təhsil proqramlarında nailiyyət” kateqoriyasında qızıl, “Müxtəliflik və inklüzivlik sahəsində nailiyyət” kateqoriyasında isə gümüş mükafat qazanıb.
Dünyada biznes sahəsində ən nüfuzlu mükafatlardan biri kimi tanınan “Stevie® Awards” innovativ və məqsədyönlü təşəbbüslər vasitəsilə əhəmiyyətli töhfə verən təşkilatların nailiyyətlərini qiymətləndirir.
“PARLA” proqramının ikiqat qələbəsi “NEQSOL Holding”i inklüzivlik və dayanıqlı inkişaf prinsiplərinə sadiq aparıcı beynəlxalq şirkətlər sırasına daxil edir.
“NEQSOL Holding”in Sədri Yusif Cabbarov bildirib ki, “PARLA" proqramının ikiqat tanınması həm şərəf, həm də ilham mənbəyidir: “Bu nailiyyət təhsilin və inklüzivliyin dəyişdirici gücünə olan dərin inamımızı əks etdirir. PARLA sadəcə bir proqram deyil, bu özünəinamlı, peşəkar liderlərin yeni nəslini formalaşdırmaq və gənc xanımların tam potensiallarını gerçəkləşdirmələrinə şərait yaratmaq öhdəliyidir”.
“NEQSOL Holding”in Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “PARLA” proqramı tələbə qızlara təqaüd, karyera inkişafı, liderlik təlimləri və mentorluq proqramları vasitəsilə dəstək göstərir.
Proqram gənc xanımlara icmalarında və peşəkar sahələrində inkişafın aparıcı qüvvəsinə çevrilmələri üçün zəruri bilik, bacarıq və özünəinam qazandıraraq onların potensialını tam reallaşdırmalarına şərait yaradır.
“Stevie® Awards” mükafatında iştirak üçün təqdim olunan müraciətlər dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu rəhbərlər, sahibkarlar, yenilikçilər və biznes təlimçilərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Bu il münsiflər heyəti “PARLA” proqramını ölçülə bilən təsiri, inklüziv yanaşması və uzunmüddətli baxışı üçün yüksək qiymətləndirib.
“NEQSOL Holding”in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç vurğulayıb ki, bu mükafatlar insanlara, təhsilə və liderliyə sadiqliyimiz şirkət daxilində real nəticələr verməklə yanaşı, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir: “Tərəfdaşlarımıza və beynəlxalq münsiflər heyətinə missiyamıza göstərdikləri inam və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk”.
“NEQSOL Holding” qlobal miqyasda mövqelərini gücləndirməyə davam etdikcə “PARLA” kimi proqramları onun sosial məsuliyyətə, imkanların genişləndirilməsinə, innovasiyalara və inklüziv inkişafa sadiqliyini nümayiş etdirir.
“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, tikinti, mədənçıxarma və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər