
İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 71 938 vətəndaş müraciəti daxil olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, müraciətlərin 44 444-ü çağrı mərkəzləri, 15 836-sı elektron, 1 269-u isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 10 389 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, məktəbəqədər təhsil müəssisələrinə qəbul, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, magistraturaya qeydiyyat və digər məsələlərlə bağlı olub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər