Bütün xəbərlər
25 avqust, 16:27

Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavr və magistr tələbələri, həmçinin universitet əməkdaşları innovativ ideyalarını reallaşdırmaq, maliyyə dəstəyi və inkubasiya imkanı qazanmaq üçün Regional Universitet-Sənaye Birliyi Sammiti (RUSB 2025) çərçivəsində keçiriləcək “UniStartup” müsabiqəsinə qoşula bilərlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə universitet daxilində startap ekosistemini gücləndirmək və tələbələrin innovativ ideyalarını dəstəkləmək məqsədilə təşkil olunur. İştirakçılar ideyalarını inkişaf etdirərək yarımfinalda və ən əsası sənayedən 100-ə yaxın şirkətin iştirak edəcəyi final mərhələsində münsiflər qarşısında təqdim edəcəklər.

Kimlər iştirak edə bilər?

  • Yalnız MDU-nun bakalavr və magistr tələbələri, həmçinin universitet əməkdaşları.

  • Komandada minimum 2-5 nəfər iştirak edə bilər.

Müsabiqənin fokus sahələri:

  • Süni intellekt

  • Robototexnika

  • Aqrar texnologiyalar (Agrotech)

  • Yaşıl enerji

  • Proqramlaşdırma və IT həlləri

  • Kibertəhlükəsizlik

  • Təhsil texnologiyaları

  • FinTech və digər innovativ istiqamətlər

Mərhələlər:

  1. Qeydiyyat və ideya təqdimatı

  2. Peşəkar mentor dəstəyi

  3. Final Pitch Day

Mükafatlar:

  • İlk 3 yerin qalibinə müxtəlif mükafatlar təqdim ediləcəkdir.

Müsabiqənin final mərhələsi 24 oktyabr 2025-ci ildə Regional Universitet-Sənaye Birliyi Sammiti (RUSB 2025) çərçivəsində baş tutacaq.

Qiymətləndirmə kriteriyaları:

  • Təqdimat bacarığı – ideyanın peşəkar və inandırıcı şəkildə təqdim olunması, vizual materiallardan istifadə.

  • Problem/həll – ideyanın həll etdiyi problemin aktuallığı və bazarda dəyəri.

  • Konsepsiya və məhsul – ideyanın unikallığı, alternativlərdən üstünlüyü və inkişaf potensialı.

  • Komanda – komanda üzvlərinin rolu, bilik və təcrübəsi.

  • Bazar araşdırması və etibarlılıq – ideyanın bazar potensialının real araşdırmalarla əsaslandırılması, prototipin mövcudluğu.

  • Məqsəd və bazar potensialı – ideyanın gələcəkdə böyük bazara çıxış və gəlir əldə etmə imkanı.

Hər kriteriya üzrə münsiflər 1-dən 5-ə qədər bal verəcəklər. Ən yüksək ümumi bal toplayan komandalar qalib olacaq.

Komandalar 10 oktyabr 2025-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.

Əlaqələndirici şəxs: Nurlan Əzizli – 055 915 48 93

nurlan.azizli.n@mdu.edu.az

Qeydiyyat üçün klik edin

1 /1

Şərhlər

Xəbər lenti

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.