Bütün xəbərlər
25 iyul, 15:00

Malkolm Qladvel “Outliers” ("Dahilər və Autsayderlər: Uğur Hekayələri") kitabında kanadalı xokkeyçilərdən danışarkən belə bir fakt ortaya qoyur: peşəkar oyunçuların əksəriyyəti ilin ilk üç ayında (yanvar, fevral, mart) doğulub.

Team Canada undefeated at Men's Hockey World Championship after beating  Slovakia - Team Canada - Official Olympic Team Website

İlk baxışda bu, təsadüf kimi görünə bilər. Amma müəllif göstərir ki, bunun səbəbi sistemdəki seçim mexanizmi və yaş qruplarının təşkilidir.

Qladvel bu “təqvim üstünlüyünü” təhlil edərək göstərir ki, uğur sadəcə istedaddan deyil, sistemin necə qurulmasından da asılıdır.

Bəs bu hal məktəblərdə də yaşanırmı? Cavab: Bəli, çox güman ki, yaşanır, sadəcə fərqli formada.

Xəbərlər - Bakı şəhəri üzrə Təhsil idarəsi

Nümunə üçün, əgər məktəbə qəbul edilən uşaqların doğum ili eyni, lakin doğum ayları fərqlidirsə, ilin əvvəlində – yanvar, fevralda doğulan şagirdlər ilin sonuna – noyabr, dekabrda doğulanlarla müqayisədə psixoloji və koqnitiv inkişaf baxımından daha irəlidə olurlar. Bu fərq xüsusən ibtidai siniflərdə daha qabarıq nəzərə çarpır.

Müəllimlər daha yetkin və hazırlıqlı görünən uşaqları daha çox qiymətləndirir, yarışlara, tədbirlərə cəlb edir, nəticədə həmin uşaqlar özünəgüvən qazanır və daha çox inkişaf edirlər. Digər uşaqlar isə “zəif şagird” etiketini erkən yaşda üzərlərinə götürə bilər ki, bu da onların təhsil uğurlarına və motivasiyasına uzunmüddətli şəkildə təsir edir.

Psixoloq – Gundelik.az

Azərbaycanda məktəbə qəbul yaşı 6 olaraq müəyyən edilsə də, birinci sinfə başlayan uşaqlar arasında yaş fərqləri nəzərəçarpacaq dərəcədə fərqli ola bilər. Belə ki, eyni sinifdə bəzi şagirdlər dəqiq 6 yaşında olduqları halda, digərləri 6 yaş 3 aylıq, 6 yaş 7 aylıq, hətta 6 yaş 10 aylıq və ya daha böyük ola bilirlər. Bu isə onların psixoloji, sosial və koqnitiv inkişaf səviyyələrində fərqliliklər yaradır və təlim prosesinə təsir göstərir.

Beləcə, yaşı az olan uşaq dərsə uyğunlaşmaqda çətinlik çəkə bilər. Bundan başqa, müəllimlər çox zaman sürətli öyrənən uşaqlara daha çox diqqət ayırırlar. Həmçinin yaşı az olan uşaq passivləşir, özünəinamı azalır, geridə qalır.

Məktəblərdə müşahidə olunan odur ki, müəllimlər daha tez oxumağı və yazmağı bacaran uşaqlara üstünlük verir, onları sinfin “seçilmişi” kimi təqdim edir. Belə uşaqlar daha çox motivasiya alırlar, digər uşaqlar isə kənarda qalırlar. Uzunmüddətli fərq belə yaranmağa başlayır.

Nəticədə sistem uğuru kimə verir?

Businessman walking forward on arrow and planning to overcome obstacles and  challenges to reach a sucess. vector design. 4941872 Vector Art at Vecteezy

Qladvelin fikrini məktəblərə tətbiq etsək:

Uğur əksər hallarda doğuşdan gələn istedad və qabiliyyətdən çox, sistemin hansı uşaqlara üstünlük verməsi ilə müəyyən olunur. Yəni əsl potensiala malik ola biləcək uşaqlar deyil, sistemin strukturu və yanaşmaları ilə daha uyğunlaşan və dəstək alan uşaqlar daha çox irəliləyir və nəticə etibarilə uğur qazanırlar.

Əgər məktəb və müəllimlər bütün şagirdlərə sistemli şəkildə bərabər imkanlar təqdim etmirsə, təhsildə “xokkey effekti” adlandırıla biləcək vəziyyət yaranır. Belə ki, ilkin mərhələdə daha üstün başlanğıc nöqtəsində olan şagirdlər, məsələn, yaşca və ya inkişaf baxımından daha irəlidə olanlar müəllimlərin diqqətini və əlavə resursları daha çox qazanır. Bu da onların üstünlüklərinin zamanla daha da möhkəmlənməsinə səbəb olur. Digər şagirdlər isə geridə qalır və bu fərq zamanla dərinləşərək bərabərsiz təhsil nəticələrinə gətirib çıxarır.

Bunun üçün də:

- Sinif daxilində yaş fərqini nəzərə alaraq fərdiləşdirilmiş təlim proqramları tətbiq olunmalıdır;
- Müəllimlər uşaqların təkcə nəticələrini deyil, inkişaf tempini də dəyərləndirməlidirlər;
- Daha gec inkişaf edən, lakin potensialı olan uşaqlar xüsusi dəstək proqramlarına cəlb olunmalıdır;
- Məktəbəqədər təhsil vasitəsilə uşaqların məktəbə hazırlı vəziyyətə gətirilməsi vacibdir.

Yeni tədris ilində təhsil alacaq şagirdlərin SAYI | Modern.az

Nəticə olaraq təhsildə uğurun yalnız fərdi qabiliyyətə deyil, sistemin necə qurulduğuna və necə fəaliyyət göstərdiyinə bağlı olduğu aydın görünür. Əgər sistem içindəki incə fərqliliklər – yaş, inkişaf tempi, sosial dəstək səviyyəsi nəzərə alınmazsa, istedadlar ya itə, ya da gec üzə çıxa bilər. 

Ona görə də məktəblər daha inklüziv, diqqətli və fərdi yanaşmaya əsaslanan təlim modellərinə keçid etməlidir. Yalnız bu halda hər bir şagirdin potensialı dəyərləndirilə, təhsil sistemində ədalət və bərabərlik prinsipləri təmin oluna bilər. Əks halda, "xokkey effekti" təkcə idmanda deyil, təhsildə də uzunmüddətli bərabərsizliyin səbəbinə çevriləcək.

1 /1

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.