Bütün xəbərlər
3 iyun, 11:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir.

Bu barədə “Azərbaycan müəllimi”nə BŞTİ-dən məlumat verilib. 

“İnsan hüquqları aylığı” çərçivəsində təhsil müəssisələrində keçirilən tədbirlərin əsas məqsədi insan hüquqlarını şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. 

Həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə  əldə  edilmiş nailiyyətlərdən bəhs olunur. Hər bir insanın öz hüquqlarını bilməsinin və cəmiyyətdə insan hüquqlarının təşviqi məsələsinin vacibliyi şagirdlərin nəzərinə çatdırılır.

1 /8

Şərhlər

Xəbər lenti

3 iyul, 12:03

“Qarşıma daha böyük məqsəd qoymuşam” - “Birincilərin birincisi” 

3 iyul, 11:31

Milli Aviasiya Akademiyası ilə Ədliyyə Nazirliyi arasında Memorandum imzalanıb

3 iyul, 11:27

Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da görüləcək işlər açıqlanıb

3 iyul, 11:22

Naxçıvanda 500-dən çox vakant müəllim yeri üçün 1700-dən çox namizəd imtahan verəcək

3 iyul, 11:02

Attestata yanlış qiymət yazıldığı üçün direktor cəzalandırılıb

3 iyul, 10:59

İyulun 6-da 41 mindən çox abituriyent qəbul imtahanı verəcək

3 iyul, 10:53

Göytəpədə uğur hekayəsi: Müəllimlər şagirdlərini həmkarlarına çevirirlər

3 iyul, 10:46

96 balla "3", 16 balla "4" aldı – Attestat qiymətləri necə yazılır?

3 iyul, 09:27

Bu gündən müəllimlərin işə qəbulu imtahanları başlayır

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

2 iyul, 20:08

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

2 iyul, 18:54

Xaricdə “İbtidai sinif müəllimliyi” təhsili alanların 90 faizi imtahandan keçə bilməyib

2 iyul, 18:50

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

2 iyul, 17:54

“Sertifikatlaşdırma təhsil həyatında yeni uğurlar əldə etməyə imkan yaradır” – Müəllimlərin təəssüratları

2 iyul, 17:16

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

2 iyul, 17:15

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 iyul, 16:38

“Səhnəyə çıxanda özümü rahat hiss edirəm” – Ayanın uğur yolu

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.