
Naxçıvan Dövlət Universitetində Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin açılışı olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin rektoru Elbrus İsayev çıxışında mərkəzin açılışının yüksəkixtisaslı psixoloq kadrların hazırlanması baxımından olduqca önəmli olduğunu qeyd edib:
“Universitetdə 2021-ci ildən bakalavriat səviyyəsində “Psixologiya” ixtisası, magistratura səviyyəsində isə 2025-2026-cı tədris ilindən “İnkişaf psixologiyası” ixtisaslaşması üzrə kadr hazırlığı aparılır”.
Rektor ali təhsil ocağında bütün istiqamətlərdə olduğu kimi, “Psixologiya” ixtisasının da xüsusilə diqqətdə olduğunu, bu istiqamətdə yeniliklərin izlənildiyini vurğulayıb. Bildirilib ki, bu gün açılışı keçirilən mərkəz də zəngin maddi-texniki baza ilə təchiz olunub və tələbələr bu imkanlardan yararlanaraq həm tədris prosesində, həm də dərsdənkənar məşğələlərdə müxtəlif simuliyasiyalar təşkil etməklə praktik bacarıqlar əldə edə bilərlər.
Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev mərkəzin məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd olunub ki, psixoloji xidmət və tədris məqsədi ilə qurulan mərkəzdə iki istiqamətdə xidmətin göstərilməsi planlaşdırılır. Mərkəz daxilindəki “Psixoloji konsultasiya” otağında psixoloji dəstəyə ehtiyacı olan universitet kollektivinə psixoloji xidmət göstəriləcək. “Uşaq inkişaf mərkəzi”ində isə “Psixologiya” ixtisasında təhsil alan tələbələrin tədrisin praktik əsaslarla aparılmasını təmin etmək imkanı olacaq.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər