
Oktyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Əməyin mühafizəsi və texniki təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 8-ci məqsədinə – “Ləyaqətli Əmək və İqtisadi Artım” – uyğun olaraq keçirilən təlim Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Səbuhi Tahirov tərəfindən aparılıb. S.Tahirov iştirakçılara təhlükə anlayışı, təhlükə növləri, təhlükəsizlik nişanları, yanğın nəzəriyyəsi və təsnifatı, odsöndürənlərin növləri, nəzarət tədbirləri, elektrik təhlükəsizliyi və zərərçəkən şəxslərə ilk tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verib.
Təlimin məqsədi tələbələrdə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair bilik və bacarıqların artırılması, həmçinin bu istiqamətdə məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər