
“Bu il dövlət-özəl maliyyələşmə modeli əsasında “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində 5000-dən artıq uşağın məktəbəqədər təhsilə cəlb edilməsini təmin edə bilərik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-nin “Təhsil saatı” verilişində deyib.
“Bildiyiniz kimi, bu proqram artıq ikinci ildir ki, həyata keçirilir. Bu il bizə 67 müəssisədən müraciət daxil olub. Bu, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziyaya malik müəssisələrin təxminən 37-38 faizini təşkil edir”,- deyə o qeyd edib.
Vüsalə Əliyeva əlavə edib ki, hazırda sənədlərin yoxlanılması mərhələsi həyata keçirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər