
“Özəl bağçalara nəzarət mexanizmi bir neçə formada həyata keçirilir. Bir tərəfdən bizim mütəmadi olaraq apardığımız monitorinqlər var. Təbii ki, biz bu monitorinqləri davamlı şəkildə həyata keçiririk və əgər bu proses zamanı hər hansı neqativ hal aşkarlanarsa, mövcud qaydalara uyğun olaraq müvafiq tədbirlər görülür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O bildirib ki, digər tərəfdən, cəmiyyətin rolu da çox vacibdir: “Yəni cəmiyyət gördüyü neqativ hallara susmamalıdır. Bu istiqamətdə yalnız bizim proqram çərçivəsində deyil, ümumiyyətlə, övladlarını təhsil müəssisələrinə göndərən bütün valideynlərə müraciət etmək istəyirəm:
Əgər hər hansı bir neqativ hal, narahatlıq və ya qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin “Qaynar xətti” və digər əlaqə vasitələri iləmövcuddur. Çünki biz yalnız məlumatlı olduğumuz hallarda dərhal tədbir görə bilirik. Əks halda, həmin hallar bizə çatmadıqda, təbii olaraq müdaxilə mexanizmimiz məhdud olur. Bağçalarda monitorinqlər müntəzəm aparılır. Bu istiqamətdə - bağçalarda davranış qaydaları, ümumi təşkilati məsələlər və digər məsələlərlə bağlı aidiyyəti struktur bölmələr tərəfindən müvafiq işlər görülür, profilaktik söhbətlər aparılır və bağça rəhbərliyi ilə maarifləndirici tədbirlər həyata keçirilir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər