
“Dövlət-özəl maliyyələşmə modeli əsasında “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” ilə bağlı hazırda təhlil mərhələsindəyik. Prosesi mümkün qədər sürətli şəkildə həyata keçirməyə çalışırıq. Planlara əsasən, artıq növbəti aydan uşaqların şəxsi kabinetlər vasitəsilə bağçalara müraciət hüquqları təmin olunacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva Təhsil TV-nin “Təhsil saatı” verilişində deyib.
O qeyd edib ki, bu prosesin özü müəyyən qədər vaxt tələb edir:
“Belə ki, sistemdə qeydiyyatın aparılması, bağça seçimi, müraciətin təsdiqlənməsi, sənədlərin təqdim edilməsi və müqavilələrin bağlanması kimi mərhələlər var. Bu texniki məqamları bir-bir sadalamağımın səbəbi odur ki, bütün bu addımlar müəyyən zaman çərçivəsində baş verir və müəyyən koordinasiya tələb edir. İlkin təhlillərə və ehtimallara əsasən, dekabr ayından uşaqların məktəbəqədər təhsilə cəlb olunması mümkün olacaq”.
O əlavə edib ki, sistem hər kəs üçün açıq olacaq:
“Biz əvvəlcədən hər bir bağçanın mövcud boş yerləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik. Qeyd etmək istəyirəm ki, ötən il olduğu kimi, bu il də proses tam şəffaf və açıq şəkildə, hər kəsin hüquqları qorunmaqla həyata keçiriləcək. Biz həm nazirliyin rəsmi səhifələri, həm də digər elektron platformalar vasitəsilə, az öncə vurğuladığım kimi, bağçalar və onların boş yerləri barədə ictimaiyyəti məlumatlandıracağıq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər