
15 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) fizika fənni üzrə ilk seminar keçirilib.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva seminarın iş planı ilə bağlı çıxış edərək, burada aparılacaq müzakirələrlə iştirakçıları tanış edib. O, buraxılış və qəbul imtahanları proqramlarının hələ sentyabr ayından DİM-in saytında yerləşdirildiyini onların nəzərinə çatdırıb. Proqramlar hazırlanarkən müvafiq fənn kurikulumlarının təlim nəticələrinin və altstandartların tələblərinin nəzərə alındığını və əsas ədəbiyyat siyahısında yalnız dərsliklərin göstərildiyini qeyd edib.
Moderator Fatimə Məmmədova seminarda görüləcək işlər barədə ətraflı məlumat vermək üçün seminar rəhbəri professor Müsavər Musayevə söz verib. M.Musayev iştirakçıları məlumatlandırdıqdan sonra fizika üzrə fəlsəfə doktoru Əlövsət Rəcəbliyə söz verilib. Çıxışlardan sonra seminar iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.
15 oktyabr 2025-ci il tarixində rus dili və ədəbiyyat (rus bölməsi üzrə) fənləri üzrə də seminar keçirilib. Seminar rəhbəri Viktoriya Ələkbrova rus dili (tədris dili), filologiya üzrə fəlsəfə doktoru Hüseynov Qafar isə ədəbiyyat (rus bölməsi) fənni üzrə imtahan proqramını seminar iştirakçılarının nəzərinə çatdırıb, onların suallarını cavablandırıblar.
Növbəti həftə seminarlar öz işini davam etdirəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər