Bütün xəbərlər
4 mart, 09:44

Od – həyatın başlanğıcı, insanın isinmək və yaşamaq üçün ilk dostu… Bu gün Novruz çərşənbələrindən ikincisi – Od çərşənbəsidir. 

Od çərşənbəsi qədimdən bəri xalqımız üçün müqəddəs sayılıb. Bu çərşənbədə hər bir ailədə ocaq qalanır, hamı onun ətrafında toplanır, diləklər pıçıldanır, şamlar yandırılır, alovun istisi evlərə nur bəxş edir. 

Gənclər tonqalın üzərindən tullanaraq “Ağırlığım, uğurluğum odda yansın” deyərək dilək tutur. Çünki od təkcə isinmək və işıq mənbəyi deyil, həm də təmizlənmə və yenilənmə rəmzidir. 

Od çərşənbəsi xalqımızın min illər boyu qoruyub saxladığı inanclardan biridir. Xalq arasında “İkinci çərşənbə”, “Üzgü gecəsi”, “Üzgü çərşənbə” və yaxud “Addı çərşənbə” də adlandırılan Od çərşənbəsi yeni həyatın, yazın gəlişini simvolizə edir. Qədim türk inanclarına görə, od insanı bəlalardan qoruyur, evlərə ruzi-bərəkət gətirir. Bu səbəbdən, el arasında “ocaq söndürülməz”, “od qalanan evin nəsli kəsilməz” deyilərdi. Hətta qədim türklərin Tanrıya qurban kəsdiyi müqəddəs yer "Odun ocağı" adlanırdı. 

Od çərşənbəsi eyni zamanda insanın iç dünyasında bir oyanışdır. Alov necə ki, hər şeyi külə çevirərək yenidən doğulmağa imkan yaradır, insan da keçmişin ağırlıqlarını geridə qoyub, gələcəyə ümidlə baxmalıdır. Bu gecə yandırılan tonqallar təkcə fiziki od deyil, həm də içimizdəki istək və arzuların alovlanmasıdır. Bu çərşənbədə hər birimizin ürəyində bir alov yanır – bəlkə də uşaqkən dilədiyimiz, lakin unutduğumuz bir arzunun közləri bu gecə yenidən qığılcım alır. Tonqal ətrafında toplaşan insanlar bir-birinə baxaraq anlayır ki, odun dili var – o, bizi birləşdirir. 

Od çərşənbəsi həm də özünün adət-ənənələri ilə zəngindir. Od çərşənbəsində qalanan tonqalda mütləq tikanlı kol da yandırılır ki, bu da baharın gəlməsini yubatmaq istəyən şər qüvvələri qorxudulması anlamını verir. Bu çərşənbədə də evlərdə qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.

Od çərşənbəsində biz təkcə tonqalların alovunu deyil, qəlbimizdə yanan vətən sevgisini də hiss edirik. Bu alov bir daha sübut edir ki, od yalnız yandırmır, eyni zamanda yaşadır, qoruyur və birləşdirir. 

İllərdir həsrətini çəkdiyimiz və artıq bizim olan  torpaqlarımızda yenidən tonqallar qalanır, uşaqlar sevinc içində alovun ətrafında dövrə vurur, qocalar isə gözlərindəki yaşlarla bu müqəddəs anın şahidi olurlar. Bu tonqallar təkcə Od çərşənbəsinin yox, həm də qayıdışın, dirçəlişin, yeni həyatın rəmzidir.

Doğma el-obamızda qalanan tonqallar bir daha sübut edir ki, vaxtilə işğal altında olmuş torpaqlarımızda ocaqlar sönsə də, xalqımızın ruhu hər zaman nikbin olub. Bəli, bizi yaşadan bu inam və nikbinlik ruhu sayəsində torpaqlarımıza qayıtdıq, yurd yerlərimizi dirçəltdik, ocaqlarımızı yenidən qaladıq. İndi bu alov gələcəyimizin işığına, vətənimizin əbədiliyinə çevrilib.

Qoy bu Od çərşənbəsi ürəklərimizə güc və inam, evlərimizə sevinc, yurdumuza bərəkət gətirsin! Qoy yanan tonqallarımız heç vaxt sönməsin! Çünki bizim Azərbaycan adlı Vətənimiz, şəhidlərin bizə əmanət etdikləri müqəddəs torpağımız var!

Odumuz alovlu, ocağımız daimi, yurdumuz bərəkətli olsun!

Şərhlər

Xəbər lenti

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.