Bütün xəbərlər
20 iyun, 16:49

Ona “qızıl” oğlan da demək olar, qazandıqları medallara görə. Biz isə onu 25 may tarixində keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsindən sonra tanıdıq. Söhbət müsabiqədə ikinci yer qazanmış Ordubad şəhəri M. T. Sidqi adına 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Cəfər Səfərlidən gedir. 

“Azərbaycan müəllimi” həmin şagirdlə həmsöhbət olaraq gələcək hədəflərini öyrənib. 

Cəfər Səfərli duyğularını bizimlə bölüşərək deyir ki, qalib olmaq izaholunmaz hissdir: “Qalibiyyət həm qürur, həm sevinc, həm də məsuliyyət hissini birlikdə gətirir. Əziyyətimin, gecə-gündüz hazırlaşmağımın nəticə verdiyini görmək məni çox xoşbəxt edir. Valideynlərimin üzündəki sevinc ən böyük mükafatımdır. Bu uğur mənə gələcək beynəlxalq və yerli olimpiadalara hazırlaşmağım üçün də böyük motivasiya verir. Təhsil aldığım müddətdə bütün fənlər üzrə müvəffəqiyyətli nəticələr əldə etmişəm. Ən çox sevdiyim fənn riyaziyyatdır. Bu sahədə bacarığımın formalaşmasında riyaziyyat müəllimi olan anamım da böyük rolu var. Beynəlxalq və yerli olimpiadalarda dəfələrlə iştirak etmişəm və hər zaman medalla geri dönmüşəm. İlk olimpiada təcrübəm 5-ci sinifdə olub. Həmin il Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qızıl medalçısı olmuşam”.

Cəfərin uğur və medallarının sayı-hesabı yoxdur. 

İndiyədək müsabiqə və olimpiadalarda 10 qızıl medal qazandığını açıqlayan Cəfər qalibi olduğu bəzi yarışların adlarını da söyləyib. 

O, iki dəfə Nəsirəddin Tusi adına fizika-riyaziyyat olimpiadasında (7 və 8-ci  siniflərdə) 100% nəticə ilə qızıl, Respublika Fənn Müsabiqəsində riyaziyyat fənni üzrə bürünc, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində gümüş, Antalya Beynəlxalq Riyaziyyat Olimpiadasında (UAMO) qızıl, KOPERNIK Riyaziyyat olimpiadasında 100% nəticə ilə qızıl, TİMO Beynəlxalq Riyaziyyat Olimpiadasında gümüş, eyni zamanda, SASMO Sinqapur Riyaziyyat Olimpiadasında 1 gümüş, 2 qızıl medal və s. qazanıb. 

Cəfər bununla yanaşı, “Uşaq Səfirlər Məclisi”nin Ordubad rayonu üzrə regional nümayəndəsidir. Məktəb və rayon tədbirlərində aktiv iştirak edərək  dəfələrlə diplom və hədiyyə ilə təltif olunub. O, ictimai fəaliyyətlərə maraq göstərir. STEAM üzrə bütün yarışlarda iştirak edərək diplomlarla təltif olunub. 

Bəs bu qədər yarışlarda iştirak edib uğur qazanan şagird vaxtını necə bölür və yarışlara necə hazırlaşır? Sualımıza cavab olaraq deyir ki, hazırlığını planlı və davamlı şəkildə aparır: “Hər gün dərslərimdən sonra müəyyən saatları xüsusi olaraq olimpiada tapşırıqlarının həllinə ayırıram. Həftəsonlarında isə zaman ayırıb daha çox çətin məsələlər üzərində işləyirəm. Vaxtımı belə bölürəm: həftəiçi dərslərdən sonra 1 saat riyaziyyata, həftəsonu 2 saat olimpiada hazırlığına ayırıram”. 

Riyaziyyata marağına gəldikdə, o, uşaqlıqdan bu fənlə maraqlandığını deyir: “Suallar həll etmək mənim üçün oyun kimi idi.  Anamın riyaziyyat müəllimi olması mənə daha çox imkan verdi ki, fənni sevim. O istənilən sualımı izah edir, məni təşviq edirdi. Amma heç vaxt məcbur etməyib, özümün marağı yaranıb və bu maraq hər gün daha da artır. Məktəbdə çox dəstəkləyici mühit var. Müəllimlərim həmişə mənim uğurlarıma sevinirlər. Məktəb direktorumuz və dostlarım da mənə ruh verirlər. Uğurlarım təkcə mənim yox, məktəbimin də uğurudur və bunu birlikdə paylaşırıq”.

Cəfərin gələcəkdəki hədəfi və ixtisas seçimi də maraqlıdır.  Bildirir ki, riyaziyyata bu qədər marağının olmasına baxmayaraq, IV ixtisas qrupu üzrə həkim olmaq istəyir: “Paralel olaraq, informatika və süni intellekt sahələrinə də marağım var. Uzunmüddətli məqsədim xaricdə təhsil alaraq Azərbaycana qayıdıb burada faydalı bir mütəxəssis olmaqdır”.

Onun yaşıdlarına da tövsiyələri var. Deyir ki, heç vaxt “çətindir” deyib geri çəkilməyib: 

“Səbirli olun, ardıcıl çalışın. Uğur heç vaxt təsadüfən gəlmir, daim çalışmaqla, özünə inamla qazanılır. Hər bir tapşırıq sizə bir şey öyrədir, ona görə də səhvlərdən qorxmayın. Özünüzə inanın və qarşınıza böyük hədəflər qoyun. Hər kəsin içində bir potensial var, sadəcə onu ortaya çıxarmaq lazımdır. Uğurumun səbəbi bir neçə amilin birləşməsidir: davamlılıq və əzm, düzgün planlama, ailəmin dəstəyi, özünəinam , heç vaxt ruhdan düşməmək, həmişə öyrənmək istəyi və maraq. Uğur bir gündə gəlmir. O, hər gün atdığın kiçik addımların nəticəsidir”.

1 /3

Şərhlər

Xəbər lenti

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.