Bütün xəbərlər
10 sentyabr, 09:52

Sentyabrın 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 2025/2026-cı tədris ilindən etibarən universitetdə akademik karyerasına başlayacaq müəllimlərlə görüş keçirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə çıxış edən rektor A. Eminov yeni işə qəbul edilən müəllimləri təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, 2025-ci ilin iyun ayında başlayan MDU-ya müəllimlərin işə qəbulu müsabiqəsinə 850-dən çox müraciət daxil olub. Müsabiqə mərhələləri şəffaf şəkildə həyata keçirilib və prosesi uğurla başa vuran 116 nəfər universitetdə müəllim kimi fəaliyyət göstərməyə hüquq qazanıb.

Rektor qeyd edib ki, MDU region universiteti kimi dövlətimizin xüsusi diqqət və dəstəyini hiss edir. Bu dəstək MDU-nun maddi-texniki bazasının gücləndirilməsi, yeni ixtisasların açılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində özünü göstərir.

Universitetin vizyonu isə müasir tələblərə cavab verən, əmək bazarının ehtiyaclarına uyğun kadrlar hazırlayan, elmi araşdırmaları və innovativ layihələri ilə cəmiyyətə fayda verən qabaqcıl ali təhsil mərkəzinə çevrilməkdir.

A.Eminov yeni müəllimlərin bu məqsədlərin reallaşmasına mühüm töhfə verəcəyinə, universitetin tədris və elmi fəaliyyətinə əlavə dəyər qatacağına əminliyini ifadə edib.

Tədbirdə tədris prosesinin təşkili və idarə olunması üzrə rektor müşaviri Ceyhun Mahmudov müəllimlər üçün tədris proqramlarının hazırlanması və fənn sillabuslarının tərtibində diqqət edilməli məqamları vurğulayıb. İnsan resursları şöbəsinin baş mütəxəssisi Nurlana Hüseyn müəllimlərin hüquqları, vəzifələri, öhdəlikləri və universitetdən gözləntilər barədə məlumat verib. Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev isə universitetin rəqəmsal platformalarının imkanları və onlardan istifadəyə dair təlimatlarla çıxış edib.

Görüşün sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, yeni pedaqoqlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

1 /13

Şərhlər

Xəbər lenti

10 sentyabr, 15:42

Anar Xəlilov: Evdə təhsil keyfiyyətli təhsil üçün münbit şərait deyil

10 sentyabr, 15:37

Dərslik müəllifi: Yeni “Fizika” dərsliyində sualların tərtibinə xüsusi diqqət yetirilib

10 sentyabr, 15:28

Daha 10 fənn kurikulumu təkmilləşdirilir – Müəllimlərin NƏZƏRİNƏ!

10 sentyabr, 15:28

Şirvan–Salyan regionunda tələbə adını qazananların sayı artıb

10 sentyabr, 15:16

Tələbələr və valideynlər üçün “Açıq qapı” günü təşkil edilib

10 sentyabr, 15:00

Azərbaycan sevdalısı İbrahim Yıldırım – böyük itki

10 sentyabr, 14:30

Məktəblər yeni tədris ilinə necə hazırlaşır? – REPORTAJ

10 sentyabr, 13:58

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:37

Müəllimlər birgə dərs modelini necə qiymətləndirirlər?

10 sentyabr, 11:27

“Müəllimlərin qiymətləndirmə materiallarını bölüşmələrini dəstəkləmirəm” – Dərslik müəllifi

10 sentyabr, 11:09

Tələbələrin hüquqi bilikləri və həmrəyliyi müzakirə olunub

10 sentyabr, 11:05

Mil-Muğan regionunun şagirdlərinə 307 minə yaxın dərslik paylanacaq

10 sentyabr, 11:02

Peşə ixtisasları üzrə nəzəri biliklər qiymətləndirilib

10 sentyabr, 10:59

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

10 sentyabr, 10:44

Həyat bilgisi fənninin dərs saatı artırılıb – Yeni dərslikdə nələr var?

10 sentyabr, 10:43

Eksternat imtahanla arzusuna qovuşdu: 652 balla universitetə qəbul oldu

10 sentyabr, 10:17

Naxçıvan məktəbi “İnnovativ məktəb” layihəsinin qalibi olub

10 sentyabr, 09:50

Xeyirxahlıq təcəssümünə çevrilən məktəb: Houbada şagirdlər Azərbaycanın yardımını minnətdarlıqla xatırlayırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.