Bütün xəbərlər
26 may, 16:10

“Kadr ehtiyatının formalaşdırılması məqsədilə tələbələrin potensialını aşkarlamaq, məzunları müxtəlif yollarla universitetin idarəçiliyinə cəlb etmək fikrindəyik”. 

Bunu Azərbaycan Dövlət Pedaqoji Universietinin rektoru Cəfər Cəfərov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib. 

Rektor əlavə edib ki, universitetin fəaliyyətini gücləndirməyə yönələn təşəbbüsləri davam etdirəcəklər: “Ali təhsil müəssisələri kimi biz də fəaliyyətimizi yaxşılaşdırmaq üçün çoxsaylı təşəbbüslər göstəririk. Pedaqoji Universitet olaraq fənn proqramlarının yenilənməsi, gənc və təşəbbüskar müəllimlərin işə cəlb olunması, dünya təcrübəsinin öyrənilməsi ilə bağlı işlər görürük. Yeni dövrün tələbləri qarşısında bunlar kifayət deyil. Bu tələblərə cavab verə bilmək üçün gənclərimiz biliklərlə yanaşı, liderlik, ünsiyyət kimi bir sıra vacib bacarıqlara yiyələnməlidirlər. Bunlar əmək bazarının vacib tələbləridir. Bir sıra tədbirlərlə gənclərimizin həmin bacarıqlarını inkişaf etdirməyə çalışırıq. Prosesin özü onlara təcrübə qazandırır”.

Universitetinin “Gələcək təhsil liderləri” müsabiqəsini xatırladan rektorun fikrincə, həyata keçirdikləri layihə təhsil müəssisəsinin bu istiqamətdəki ən böyük təşəbbüsüdür: “Ölkə üzrə “Yüksəliş” müsabiqəsinin təhsil sistemindəki prototipi olan “Sən də bacararsan” şüarı ilə keçirilən liderlik proqramı öz bəhrəsini verir. Tələbələrimiz bu prosesi keçdikdən sonra özlərinə inamları artır, çalışacaqları kollektivlərdə özlərini daha yaxşı göstərirlər. Ötən ilin məzunları ilə bağlı artıq nəticələr var. İşəgötürənlərdən müstət geridönüşlər alırıq. Gəldiyimiz qənaət budur ki, yeni dövrün tələblərinə uyğun nəsil yetişdirmək istəyiriksə, birbaşa işimiz olan tədrisin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, vacib bacarıqların inkişafına xüsusi diqqət yetirilməlidir”.

Rektor həmin uğurlu tələbələr arasından işə dəvət etdiklərini də deyib: “Universitetimizlə bağlı bəzi təkliflər edirik, amma onlar artıq buradakı işləri bəyənmirlər, daha yaxşı təklifləri dəyərləndirirlər”.

Şərhlər

Xəbər lenti

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.