
"Sertifikatlaşdırmada maraqlı tərəflərdən biri də elə müəllimlərin özləridir. Çünki sertifikatlaşdırma müəllimlər arasında sağlam rəqabət yaradır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə səsləndirib.
O bildirib ki, sertifikasiyadan sonra onların əməkhaqqı diferensial şəkildə hesablanacaq. Bu isə müəllimləri daha da stimullaşdırır.
MÜTDA rəsmisi əlavə edib ki, əməkhaqqında 10 faiz və 35 faiz artım alacaq müəllimlərin sayı ilə bağlı heç bir limit nəzərdə tutulmayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər