Bütün xəbərlər
12 iyun, 14:16

Müəllimlərin sertifikatlaşdırma imtahanına sayılı günlər qalıb. Bu gün bir çox müəllimi test imtahanında hansı mövzulardan sualların düşəcəyi maraqlandırır.

"Azərbaycan müəllimi" bunu nəzərə alaraq, müəllimlərə dəstək məqsədilə Təhsil İnstitutu tərəfindən hazırlanmış "Sertifikatlaşdırmanın qiymətləndirmə çərçivəsi"nə əsasən ayrı-ayrı fənlər üzrə mövzuları yenidən təqdim edir.

Məlum olduğu kimi, hər bir müəllim imtahanda tədris etdiyi fənn üzrə 50, metodika və pedaqogika üzrə isə 10, ümumilikdə 60 suala cavab verməlidir.

Azərbaycan dili və ədəbiyyat müəllimlərinə 12 sual oxu, 3 sual yazı, 15 sual dil qaydaları, 20 sual isə ədəbiyyat və həyat həqiqətləri məzmun sahələrindən salınacaq.

Azərbaycan dili (dövlət dili) üzrə 22 sual oxu, 6 sual yazı, 22 sual isə dil qaydaları məzmun sahələrindən olacaq.

Riyaziyyat fənn müəllimlərinə gəlincə 6 sual ədədlər və əməllər, 22 sual cəbr və funksiyalar, 16 sual həndəsə və ölçmə, 6 sual isə statistika və ehtimal sahələrindən düşəcək.

Xarici dil (ingilis dili) üzrə 12 sual oxuyub-anlama, 10 sual leksikologiya, 28 sual da dil qaydalarından salınacaq. Bu məzmunlar həmçinin rus dili, alman dili, fransız dili müəllimlərinin imtahanına da şamil olunur.

Rus dili və ədəbiyyat müəllimlərinə imtahanda "Чтение" üzrə 10, "Письмо" üzrə 5, "Языковые правила" üzrə 15, "Литература и реалии жизни" üzrə 20 sual veriləcək.

İbtidai sinif (Azərbaycan bölməsi) üzrə sertifikatlaşdırmada 10 sual oxu, 2 sual yazı, 13 sual dil qaydaları, 8 sual ədədlər və əməllər, 6 sual cəbr və funksiyalar, 5 sual həndəsə, 4 sual ölçmə, 2 sual da statistika və ehtimal sahələrindən salınacaq.

İbtidai sinif (rus bölməsi) müəllimlərinin imtahanında "Чтение" üzrə 10, "Письмо" üzə 2, "Языковые правила" üzrə 13, "Числа и действия" üzrə 8, "Алгебра и функции" üzə 6, "Геометрия" üzrə 5, "Измерения" üzrə 4, "Статистика и вероятность" üzrə isə 2 sual düşəcək.

Fizika fənn müəllimlərinə gəlincə sertifikatlaşdırmada 20 sual fiziki hadisələr, qanun və qanunauyğunluqlar, 15 sual maddə və sahə, qarşılıqlı təsir və əlaqəli sistemlər, 15 sual da eksperimental fizika və müasir həyat məzmun sahələri üzrə olacaq.

Kimyadan 18 sual maddə və maddi aləm, 22 sual kimyəvi hadisələr, 5 sual eksperiment və modelləşdirmə, 5 sual da kimya və həyat üzrə salınacaq.

Biologiya fənn müəllimlərinə 12 sual canlıların quruluş və müxtəlifliyi, 15 sual bioloji proseslər, 11 sual insan və onun sağlamlığı, 6 sual canlıların təkamülü, 6 sual da canlılar və ətraf mühit məzmun sahələri üzrə salınacaq.

Coğrafiya müəllimləri coğrafi məkan üzrə 14, təbiət üzrə 18,cəmiyyət üzrə də yenə 18 sualı cavablandırmalıdırlar.

İnformatika üzrə 11 sual informasiya və informasiya prosesləri, 25 sual formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma, 12 sual kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri, 2 sual isə cəmiyyətin informasiyalaşdırılası sahələrindən düşəcək.

Qeyd edək ki, bütün fənn müəllimlərinə həmçinin metodika və pedaqogika üzrə 1 sual hüquqi savadlılıq, 5 sual metodiki səriştəlilik, 4 sual isə pedaqoji və psixoloji yanaşmalar məzmun sahələrindən salınacaq.  

Məlumat üçün bildirək ki, bu il kimya, fizika, informatika, coğrafiya və biologiya fənn müəllimləri ilk dəfə sertifikatlaşdırmada iştirak edəcəklər.

"Qiymətləndirmə çərçivəsi" barədə ətraflı BURADAN tanış ola bilərsiniz!

Şərhlər

Xəbər lenti

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında essə ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

DİM sədri: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.