Bütün xəbərlər
3 iyul, 14:48

“24 iyun 2025-ci il tarixində keçirilən kimya fənni üzrə sertifikasiya imtahanında 2500-dən bir qədər artıq müəllim iştirak edib və onların orta balı 40-dan yuxarı olub. Bu o deməkdir ki, imtahanın çətinlik səviyyəsi digər fənlərdən ciddi şəkildə fərqlənmir.  Əgər imtahan çətin olarsa, orta bal aşağı düşür. Amma 40-dan yuxarı nəticə onu göstərir ki, bu, balanslaşdırılmış və adekvat qiymətləndirmədir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva Xəzər TV-də yayımlanan “Xəbər ertəsi” verilişində qonaq olarkən səsləndirib.

O qeyd edib ki, imtahanların bitməsindən dərhal sonra digər fənlərdə olduğu kimi, kimya üzrə də ilkin psixometrik təhlillər aparılıb: “Bu təhlillər imtahanın obyektivliyini və çətinlik səviyyəsini müəyyən etməyə imkan verir. Araşdırmalar göstərir ki, imtahanda orta məktəb dərsliklərindəki mövzulara və öncədən ictimaiyyətə təqdim olunmuş qiymətləndirmə çərçivəsinə uyğun test tapşırıqları istifadə olunub”.

Nəzakət Mehdiyeva bildirib ki, hər bir fənnin özünəməxsus çətinlikləri var və kimya fənni bu baxımdan fərqlənir: “Kimya fənninin əsas xüsusiyyəti məzmunun riyazi hesablamalar üzərində  qurulmasıdır. Digər fənlərdə məntiqi izahlara əsaslanan tapşırıqlar üstünlük təşkil edirsə, kimyada həmin izahların kökündə əksər hallarda riyazi hesablamalar dayanır. Bu isə imtahanın mürəkkəb olması görüntüsünü yaradır. Amma fənnin məzmun xüsusiyyəti budur”.

O əlavə edib ki, statistik araşdırmalar nəticəsində belə bir məqam üzə çıxıb: “İmtahanda təqdim olunan bütün tapşırıqlara müəllimlər tərəfindən cavab verilib. Hətta ən çətin hesab olunan suala belə iştirakçıların 17 faizindən çoxu düzgün cavab verib. Bu isə onu göstərir ki, testlər balanslı şəkildə hazırlanıb və iştirakçılar tərəfindən cavablandırıla biləcək səviyyədədir. Kimya üzrə sertifikasiyada kifayət qədər asan suallar da istifadə edilib ki, müəllimlərin 85 faizi tələb olunan minimal balı toplayıb. Hətta 350 nəfər 51-60 arası bal toplayıb”.

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.