Bütün xəbərlər
3 iyul, 13:07

Kimya fənni üzrə sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərdən biri də Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin müəllimi Ceyhun Abdulxalıqovdur. 

“Azərbaycan müəllimi” imtahanda 56 bal toplayan Ceyhun Abdulxalıqovu oxucularına tanıdır.

“İnanıram ki, üzərində çalışan, yeniliklərə açıq olan hər bir müəllim istədiyi nəticəni əldə edə bilər” 

Ceyhun müəllimlə söhbət əsnasında onun 9 ildir ki, müəllim işlədiyini öyrənirik. Qürurla vurğulayır ki, bugünə qədər 20-dən çox şagirdi tibb sahəsi üzrə, həmçinin yüzlərlə şagirdi ölkənin müxtəlif universitetlərində ali təhsil alır. Müəllimlərin işə qəbulu imtahanında iştirak edən gənc mümkün 60 balın 55-ni toplayaraq pedaqoji fəaliyyətə başlayıb. Sertifikatlaşdırmadan əvvəl diaqnostik qiymətləndirmə imtahanında iştirak edib və orada da uğurlu nəticə əldə edib. Ceyhun müəllim düşünür ki, sertifikatlaşdırmada göstərdiyi müvəffəqiyyətli nəticədə bu imtahanların rolu danılmazdır və onları özü üçün gözəl təcrübə hesab edir.

“Sertifikatlaşdırma imtahanına hazırlaşmağa çox da zamanım yox idi, amma çalışdıqca kurikulum mövzuları üzrə özümü təkmilləşdirdim. Sualların əksər hissəsi asan idi, çox az hissəsi düşündürücü və çətin idi, bu, məncə, normal sayılır. Nəticə etibarilə imtahanı verən müəllimdir. İşlədiyim illər ərzində öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi, çünki ilk imtahanım deyildi. Düşünürəm ki, işlədiyim müddət ərzində qazandığım təcrübə müsahibə mərhələsində də uğur qazanmağıma kömək olacaq. Bununla yanaşı, yeniliklərə açıq olduğum üçün metodiki biliklərimi möhkəmləndirməyə çalışıram”, – C.Abdulxalıqov bildirir.  

Uğurlu pedaqoq təhsilverənləri heç vaxt ruhdan düşməməyə, növbəti sertifikatlaşdırma imtahanına qədər öz üzərlərində ciddi çalışmağa səsləyir: “İnanıram ki, öz üzərində çalışan, yeniliklərə açıq olan hər bir müəllim istədiyi nəticəni əldə edə bilər”.

Sertifikasiya imtahanının keçirilməsini əhəmiyyətli hesab edən müəllim deyir: “Sertifikatlaşdırma imtahanında uğur qazanan hər bir müəllim bizim gələcəyimiz olan təhsilalanların savadlı kadr kimi yetişdirilməsində böyük rol oynayır”.

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.