Bütün xəbərlər
3 iyul, 14:52

“Əvvəllər nəzəri biliklərin öyrədilməsi ilə kifayətlənən kimya dərsləri bu gün həyatla sıx inteqrasiya olunmuş formada tədris edilir. Məqsəd şagirdlərə yalnız bilik ötürmək deyil, onlarda real həyatda qarşılaşacaqları problemləri kimya bilikləri vasitəsilə həll etmək bacarqlarını formalaşdırmaqdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Xəzər TV-də yayımlanan “Gündəm” verilişində Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva səsləndirib.

O bildirib ki, 15 ildən çoxdur ölkəmizdə bütün fənlər üzrə yeni fənn kurikulumları uğurla tətbiq edilir. Bu dəyişikliklər kimya fənninin tədrisinə də ciddi şəkildə təsir edib:

“Artıq kimya fənni klassik yanaşmadan uzaqlaşıb, daha çox praktiki və gündəlik həyatda tətbiq edilə biləcək biliklərin öyrədilməsinə yönəlib. Sertifikasiya imtahanlarında müəllimlərin “çətin” kimi qiymətləndirdiyi suallar əslində nəzəri baxımdan mürəkkəb deyil. Bu suallar əsasən həyatda rast gəlinən problemlərin həllinə əsaslanır. Müəllimlərimizin əksəriyyətində bu bacarıqların yüksək səviyyədə olmamasının səbəbi uzun illər ərzində universitetlərdə kimyanın daha çox nəzəri biliklər əsasında tədris olunmasıdır. Ona görə də bəzi müəllimlər yeni yanaşmalara uyğunlaşmaqda çətinlik çəkir”.

N.Mehdiyeva qeyd edib ki, Təhsil İnstitutu müəllimləri bu prosesə adaptasiya etmək üçün davamlı tədbirlər həyata keçirir: 

“Müəllimlər üçün seminar və vebinarlar təşkil olunur, onlara müasir təlim metodları ilə təlimlər keçirilir. Məqsəd kimya kimi çətin, lakin həyati problemlərin həllində böyük əhəmiyyət daşıyan fənlərin tədrisində müəllimlərin yeni baxış formalaşdırmasına dəstək verməkdir”.

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.