Bütün xəbərlər
15 may, 11:36

Amerika Birləşmiş Ştatlarının “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi” (NASA), 2024-cü ilin 10 mayda baş vermiş ekstremal qasırğa səviyyəsində (G5) qiymətləndirilən geomaqnit qasırğasının nəticələrini açıqlayıb. Bu hadisə həm Günəşin 25-ci aktivlik tsiklinin, həm də son 20 ilin ən güclü geomaqnit qasırğası kimi tarixə düşüb.

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, geomaqnit sahəsinin təsirindən ABŞ-nin kənd təsərrüfatı bölgəsi olan Midvertdə traktorların GPS naviqasiya sistemləri sıradan çıxıb və fermerlər orta hesabla 17 min dollar maddi zərərə məruz qalıblar. Artan radiasiya və rabitə pozuntuları səbəbilə transatlantik təyyarə reyslərinin marşrutları dəyişdirilib.

Qasırğa Yer kürəsinin yuxarı atmosferində – termosferdə temperaturun yüksəlməsinə və atmosferin genişlənməsinə səbəb olub. Güclü küləklər nəticəsində azot hissəcikləri qeyri-adi yüksəkliyə qalxıb. Enerji infrastrukturuna da təsir edərək bəzi transformatorların qızmasına və yüksək gərginlikli elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. 

Kosmosda isə bir sıra peyklər bu hadisədən ciddi şəkildə zərər görüb. NASA-nın “ICESat-2” də daxil olmaqla bəzi peykləri orbit hündürlüyünü itirib, “CIRBE” peyki isə vaxtından əvvəl orbitdən çıxıb. Avropa Kosmik Agentliyinin “Sentinel” peykləri orbitdə toqquşmalardan yayınmaq üçün əlavə enerji sərf etmək məcburiyyətində qalıblar.

Əlavə olaraq tədqiqatçılar Van Allen qurşaqları arasında əvvəllər məlum olmayan iki yeni radiasiya qurşağı aşkar ediblər. Bu kəşf peyklərin və digər kosmik vasitələrin daha effektiv qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mars orbitindəki “MAVEN” zondu nadir, parlaq avroralar qeydə alıb, “Curiosity” isə Mars səthində rekord səviyyədə radiasiya ölçüb. Yer kürəsində isə avroralar təxminən 1000 km hündürlüyə qədər uzanaraq Yaponiyada nadir bənövşəyi çalarlarda müşahidə olunub.

Tədqiqatçılar bu güclü qasırğanı tanınmış geofizik alim Cennifer Qannonun şərəfinə “Qannon qasırğası” adlandırıblar.

Bu kimi hadisələr kosmik hava şəraitinin daim izlənməsinin və proqnozlaşdırılmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyur.

Qeyd edək ki, Günəş hazırda 25-ci aktivlik tsiklindədir və 2024-cü ildə maksimum aktivlik səviyyəsinə çatıb. 2031-ci ilədək isə tədricən sakitləşəcəyi və yeni 11 illik passiv dövrə keçəcəyi gözlənilir. Son sutka ərzində isə Günəşin fəallığı artaraq, X və M sinifli alışmalar qeydə alınıb.

Şərhlər

Xəbər lenti

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.