.jpeg)
Elm və Təhsil Nazirliyinin sifarişi ilə Göygöl rayonunun Topalhəsənli kəndində yeni məktəb binası inşa edilir.
"Azərbaycan müəllimi"nə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, kənddə sovet dövründən qalan köhnə məktəb artıq sökülüb, yerində müasir tələblərə cavab verəcək tədris müəssisəsi tikilir.
Tədris ocağı iki korpusdan ibarət olacaq. Birinci korpus iki, digər korpus isə birmərtəbəli olacaq.
Yeni təhsil müəssisəsində 200-dən artıq şagird təhsil alacaq.Məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər